• $
  • €
  • ₽
  • ₺
  • £

Hadi Rəcəbli: "Ölkənin bəzi bölgələrinə hələ də yol çəkilməyib"

Hadi Rəcəbli: "Ölkənin bəzi bölgələrinə hələ də yol çəkilməyib"
30.03.2016 17:18
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında "Turizm haqqında" qanun layihəsinin ilkin müzakirəsi təşkil olunub.
 
"Report"un məlumatına görə, layihə barədə danışan komitə sədri Hadi Rəcəbli bildirib ki, belə bir qanun ilk dəfə 1999-cu ildə qəbul edilib.

Onun sözlərinə görə, əvvəlki qanun bu günün tələblərinə cavab vermir: "Ona görə də qanunun yenidən işlənib hazırlanmasına ciddi ehtiyac var idi. Bütün bunları nəzərə alaraq, layihənin hazırlanması ilə əlaqədar İşçi Qrupu yaradılıb. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları da İşçi Qrupunda fəal iştirak ediblər. Artıq çoxlu materiallar toplanıb".

O bildirib ki, yeni hazırlanan layihəni təkmilləşdirərkən əvvəlki qanunla müqayisədə 30-a yaxın müddəa azaldılıb: "Əsas məqsəd layihənin gündəmə gəlməsi və parlamentin yaz sessiyası dövründə müzakirəyə çıxarılmasıdır".

Komitə sədri əlavə edib ki, bu gün ölkədə daxili turizmlə bağlı böyük işlər görülüb: "Türkiyə Rusiya bazarından geri çəkildikdən sonra boşluqlar yaranıb. Bu boşluqları doldurmaq üçün nazirlik tərəfindən mühüm işlər görülür. Oradakı turistlərin 10 faizini Azərbaycana cəlb edə bilsək, nəyəsə nail ola bilərik".

H.Rəcəbli xatırladıb ki, 2001-ci ildə Azərbaycanda 80-dən çox mehmanxana olduğu halda, indi onların sayı 400-ü keçib: "Bu gün ölkədə turizm üçün 223 muzey, 29 teatr, 6 300 tarixi abidə, 27 qoruq var. Azərbaycanın turizm potensialı haqqında günlərlə danışmaq olar. Lakin bu sahədə müəyyən çatışmazlıqlar da var. Ölkədə yolların tikilməsinə baxmayaraq, bəzi bölgələrə hələ də yol çəkilməyib. Görüləsi işlərimiz görülənlərdən qat-qat çoxdur".


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol