• $
  • €
  • ₽
  • ₺
  • £

Səudiyyə Ərəbistanı ucuz neft erasına hazırlaşır

Səudiyyə Ərəbistanı ucuz neft erasına hazırlaşır
02.04.2016 11:29
Səudiyyə Ərəbistanı krallığın aktivlərini birləşdirərək dünyada ən iri investisiya fondu yaradır.
 
ANS PRESS-in məlumatına görə, fondun investisiya həcminin 2 trilyon dollar təşkil edəcəyi bildirilir. Bu barədə "Bloomberg”ə Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əs-Səudun oğlu Şahzadə Məhəmməd bin Salman bildirib. "Sovereign Fund Institute”nin hesablamalarına görə, hazırda "Public Investment Fund”un aktivlərinin qiyməti 5.3 milyard dollar təşkil edir. Şahzadə Məhəmməd PIF ("Public Investment Fund”) fondunun dünyanın ən böyük suveren investisiya fondu olacağına şübhəsiz inandığını bildirib. ​ Şahzadənin sözlərinə görə, hazırda PIF Səudiyyə Ərəbistanı Mərkəzi Bankında və eyni zamanda dünyada etilenqlikol istehsalı üzrə ikinci hesab edilən "Saudi Arabia Basic Industries Corporation” şirkətində pay sahibidir. Şahzadə Salman onu da vurğulayıb ki, fondun aktivləri o zaman artmağa başlayacaq ki, Saudi Aramco neft şirkətinin səhmləri İctimai Təşəbbüs Təşkilatına keçirilsin və aktivlər fonda təhvil verilsin. 2018-ci ildən gec olamamq şərti ilə şirkətin 5%-i satışa çıxarılacaq. Saudi Aramco dünyanın ən böyük neft ehtiyyatlarına malik olan şirkətidir. Onun neft ehtiyatlarının həcmi təxminən 260 milyard barrel olduğu bildirilir.
 
"Bloomberg"in hesablamalarına görə, əgər neftin qiyməti barreli 10 dollara olsa belə şirkətin bazar dəyəri 2.5 trilyon dollar təşkil edəcək. "Saudi Aramco”nun İctimai təşəbbüs Təşkilatına keçirilməsi və səhimlərinin PIF fonduna köçürülməsindən sonra Səudiyyə Ərəbistanı artıq neftdən deyil investisiyalardan gəlir əldə etməyə başlayacaq. Bin Salman bildirib ki, belə olan təqdirdə krallığın neftdən aslılığı 20 il ərzində tamamilə aradan qaldırılacaq. "Bloomberg"dən bidlirilir ki, fondun toplayacağı vəsait o qədər böyük olacaq ki, hətta "Apple”, "Google” və "Berkshire Hathaway” satın almağa belə yetəcək. Hazırkı nəhəng suveren fond SAMA 632 milyard dollar aktivə malikdir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol