• $
  • €
  • ₽
  • ₺
  • £

TAP-ın dəniz hissəsinin tikintisi üzrə podratçı müəyyənləşdi

TAP-ın dəniz hissəsinin tikintisi üzrə podratçı müəyyənləşdi
14.04.2016 16:03
"TAP AG" Konsorsiumu İtaliyanın "Saipem SpA" şirkəti ilə Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası layihəsinin dəniz hissəsi ilə bağlı Mühəndislik, Təchizat, Tikinti və Quraşdırma (EPCI) üzrə müqavilə imzalayıb.

"Report" TAP-ın saytına istinadən xəbər verir ki, Albaniya sahilindən Cənubi İtaliya sahilinə qədər Adriatik dənizdən keçən bu hissənin uzunluğu 105 km, boru kəmərinin diametri isə 36 düym olacaq. Boru kəmərinin ən dərin hissəsi dəniz səviyyəsindən 820 metr dərinlikdədir.

EPCI müqaviləsinə Albaniya və İtaliyada boru kəmərinin sahilə çıxan hissəsində mühəndislik işləri (mikrotunel daxil olmaqla), ofşor boru kəmərinin quraşdırılması, ofşor fiber-optik kabel təchizatı və quraşdırılması, eyni zamanda ön istismar və yoxlama işləri daxildir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoi ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. "Şahdəniz" yatağından ilk Azərbaycan qazının 2020-ci ildə Avropaya çatdırılması planlaşdırılır.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəməri ilə bağlı layihəni seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km olacaq ki, bunun da 545 km-i Yunanıstan, 215 km-i Albaniya, 105 km-i Adriatik dənizi, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 metr), ən aşağı hissəsi isə (820 metr) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol