• $
  • €
  • ₽
  • ₺
  • £

Ucuzlaşan və bahalaşan ərzaq məhsulları

Ucuzlaşan və bahalaşan ərzaq məhsulları
25.04.2016 15:08
2016-cı ilin yanvar-mart aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 20,5 faiz ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb. Bu barədə Modern.az-a Dövlət Stattistika Komitəsindən məlumat verilib. 

Bildirilib ki. bitkiçilik məhsullarının istehsalçı qiymətlərinin ucuzlaşmasına əsasən ölkədə 2015-ci ildə əvvəlki ilə nisbətən buğdanın məhsuldarlığının yüksəlməsi hesabına onun istehsalının 16,5 faiz artması, dünya bazarında son dövrlərdə buğdanın qiymətinin aşağı düşməsi, cari ilin yanvar ayından etibarən buğdanın idxalına və satışına əlavə dəyər vergisinin tətbiqinin dayandırılması təsir göstərib. Bundan əlavə, bir sıra tərəvəz məhsullarının qiymətləri də aşağı düşüb. 

2016-cı ilin mart ayında fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,1 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşıb. Mart ayında fevral ayı ilə müqayisədə bitkiçilik məhsullarından buğdanın, arpanın və soğanın istehsalçı qiymətlərində ucuzlaşma, qozun, fındığın, almanın, şabalıdın, narın, heyvanın istehsalçı qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Komitə bildirib ki, mart ayı ərzində heyvandarlıq məhsullarından quş ətinin və südün istehsalçı qiymətlərində bahalaşma, yumurtanın, mal ətinin, diri qoyun və keçilərin istehsalçı qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol