• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini: "Regionlarda sənaye məhəllələri yaradılacaq"

Nazir müavini: "Regionlarda sənaye məhəllələri yaradılacaq"
29.04.2016 15:54
Sumqayıt Kimya Sənaye Parkında aparılan işlər bu ilin sonuna qədər tam yekunlaşacaq

"Hazırda Sumqayıt Kimya Sənaye Parkının 7 rezidenti var və yeni rezidentlərin cəlb edilməsi istiqamətində potensial investorlarla danışıqlar davam etdirilir. Yaxın zamanlarda daha bir neçə şirkətə rezident statusunun verilməsi nəzərdə tutulur. Artıq əczaçılıq məhsulları, kimyəvi maddələrin istehsalı sahələri üzrə fəaliyyət göstərən şirkətlər Parkda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirib". 

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bu gün Sumqayıt Kimya Sənaye Parkında icra edilən layihələrə dair Bakıda keçirilən tədbirdə qeyd edib.

Nazir müavini bildirib ki, qeyri-neft sektorunun inkişafında sənaye parkları və məhəllələrinin əhəmiyyəti böyükdür: "Dövlət başçısının həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biri Azərbaycanda iqtisadiyyatın davamlı və dayanıqlı inkişafını təmin etməkdir. Bununla əlaqədar sistemli tədbirlər, dərin islahatlar həyata keçirilir. Baxmayaraq ki, dünyada maddi baxımdan çox çətin proseslər gedir. Sənaye və sənayeləşmə ölkə iqtisadiyyatının inkişafının özəyini təşkil edir. Sənayeləşmə prosesinin sürətləndirilməsində müvafiq institutların yaradılması və onların fəaliyyətinin genişləndirilməsi mühüm rol oynayır. Artıq ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları fəaliyyət göstərir. Sumqayıt Sənaye Parkının ərazisi təxminən 300 hektara bərabərdir. Parkın ərazisinin artırılması ilə bağlı burada həyata keçirilən infrastruktur işləri böyük əhəmiyyət kəsb edir. Layihənin birinci mərhələsində 167 hektar ərazidə demək olar ki, bir çox infrastruktur layihələr üzrə işlər bitib. İnfrastruktur layihələrinin bir qismi üzrə işlər isə artıq bitmək üzrədir. Bu ilin sonuna qədər layihə çərçivəsində nəzərdə tutulan işlər yekunlaşdırılacaq”.

N.Səfərov qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkının ən böyük layihəsi olan "SOCAR Polymer” ikinci mərhələnin ən böyük layihəsidir: "Hazırda zavodun tikinti işləri ciddi şəkildə davam edir. Bu layihənin infrastruktur işlərinin bitməsi parkda bir çox işlərin həyata keçirilməsinə böyük şərait yaradacaq. Onu qeyd edim ki, sənaye parklarında işə götürülənlərin əksəriyyəti yerli əhalidir. Deyirlər ki, layihədə daha çox xaricilər çalışır, amma bu elə deyil. Əlbəttə, bu işlərə xarici işçilər cəlb edilsə, inkişaf baxımından bu, çox önəmlidir. Nefçala Sənaye Məhəlləsində işlər ən gec bu ilin iyul ayının birinci yarısında yekunlaşacaq. Burada da çox önəmli bir layihənin həyata keçirilməsi nəzərdə tutulub. Məlum olduğu kimi, Azərbaycan və İran arasında imzalanan sənədlər əsasında birgə avtomobil istehsal ediləcək”. 

"Mingəçevir şəhərində sənaye parkının təşkili istiqamətində işlər aparılır. Neftçala Sənaye Məhəlləsinin tikintisi isə başa çatmaq üzrədir və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcək. Kiçik və orta sahibkarlığın dəstəklənməsi, regionların sənaye potensialından istifadənin genişləndirilməsi məqsədilə ölkəmizin digər regionlarında da sənaye məhəllələrinin yaradılması nəzərdə tutulur”, - deyə nazir müavini əlavə edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol