"Moody`s" SOCAR-a reytinq verdi

"Moody`s" beynəlxalq reytinq agentliyi SOCAR-ın CFR reytinqini (corporate family rating - emitentin öz öhdəliklərini yerinə yetirmək qabiliyyəti) "Ba1" səviyyəsində təsdiqləyib.
"APA-Economics" agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, SOCAR-ın SUR reytinqi (senior unsecured rating - iri borc öhdəlikləri) və defolt ehtimalı üzrə reytinqi də "Ba1" səviyyəsindədir.
Reytinqlər üzrə proqnoz neqativdir.
"Moody`s" hesab edir ki, neftin qiymətinin aşağı olması dövlət şirkətinin gəlirlərinə mənfi təsir göstərməyə davam edəcək. Bununla yanaşı, qeyd edilir ki, SOCAR uzunmüddətli perspektivdə hasilatla bağlı müəyyən problemlərlə üzləşə bilər.
Bildirilir ki, SOCAR ticari əməliyyatlardan əldə olunan gəlirlər də nəzərə alınmaqla 2015-ci ildə 31,5 mlrd. dollar gəlir əldə edib.
www.ann.az

Agentliyin analitikləri hesab edir ki, hökumət SOCAR-a güclü dəstək verməkdə davam edir: "SOCAR ölkənin ən iri işəgötürəni və vergi ödəyicisidir".
"Moody`s" hesab edir ki, neftin qiymətinin aşağı olması dövlət şirkətinin gəlirlərinə mənfi təsir göstərməyə davam edəcək. Bununla yanaşı, qeyd edilir ki, SOCAR uzunmüddətli perspektivdə hasilatla bağlı müəyyən problemlərlə üzləşə bilər.
Bildirilir ki, SOCAR ticari əməliyyatlardan əldə olunan gəlirlər də nəzərə alınmaqla 2015-ci ildə 31,5 mlrd. dollar gəlir əldə edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir