• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə ödənişli yol istismara veriləcək

Azərbaycanda ilk dəfə ödənişli yol istismara veriləcək
11.05.2016 11:30
Yeni tikilən Ələt-Astara magistral yolunun gələcəkdə ödənişli olacağı gözlənilir.

"Report"un məlumatına görə, hazırda bu istiqamətdə çəkilən yolda torpaq bərkitmə işləri aparılır. Torpaq yatağının eni 26,5 metr, ayrıcı zolağı 4 metr olan yol 4 hərəkət zolağından ibarət olacaq. Bu yolun özəlliyi ondan ibarətdir ki, Salyanın girişindən başlayaraq Astara-İran sərhədinə qədər heç bir yaşayış məntəqəsinin içindən keçmir. Yeni yolun tikintisi başa çatdıqdan sonra əvvəlki yoldan fərqli olaraq məsafə təxminən 40 kilometr qısalacaq. Alternativ yol olduğundan yeni magistral yolun gələcəkdə ödənişli olacağı gözlənilir.
"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nəzarəti altında yeni tikilən dövlət əhəmiyyətli yolda son vaxtlar işlər daha da sürətlənib.

Yeni magistral yolda nəzərdə tutulan onlarla yeraltı keçidin, tunein, sukeçirənin, dairəvi boruların tikintisi də başa çatıb. Körpülərin inşası isə davam etdirilir.

Salyan rayonunun Çuxanlı kəndi ərazisində Kürçayı üzərində 5 il əvvəl inşa edilən və Qafqazda analoqu olmayan körpudə işlər yekunlaşıb. İki  gediş, iki gəliş üçün nəzərdə tutulan 5 aşırımlı körpünün ümumi uzunluğu 363 metr, 150 metr asma hissəsi dayaqsız olmaqla kanatlar vasitəsi ilə gərginləşdirilib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol