• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: Bakıda otellər Tbilisidən ucuzdur

Nazirlik: Bakıda otellər Tbilisidən ucuzdur
01.06.2016 16:43
Mədəniyyət və Turizm nazirliyinin "Mədəniyyət” qəzeti Bakı və Tbilisi şəhərlərindəki mehmanxanalar arasında araşdırma aparılıb.

Nazirlikdən Oxu.Az-a daxil olan məlumatda qeyd olunur ki, təhlil Booking.com onlayn bronlaşdırma platformasının köməyi ilə aparılıb.

Nəticədə isə Bakıda fəaliyyət göstərən mehmanxanaların orta qiymətlərinin, Tbilisidəki mehmanxanaların təqdim etdiyi orta qiymətlərdən daha aşağı olduğu məlum olub.

Sözügedən araşdırmada, hər iki şəhərdə fəaliyyət göstərən 2-5 ulduz kateqoriyalı mehmanxanaların 2016-cı ilin may, iyun, iyul və avqust aylarında təsadüfi olaraq seçilmiş tarixlər üzrə təqdim etdiyi 2 nəfərlik standart otaqlarda 3 gecəlik orta qiymətlər müqayisə edilib.

Qeyd edilən bütün aylar ərzində 2, 4 və 5 ulduzlu mehmanxanalar üzrə Bakı şəhərində təqdim edilən otaq qiymətləri, Tbilisi şəhərindəki qiymətlərdən daha aşağı olub.

Məlumatda bildirilir ki, cari ilin iyun ayında Bakı şəhərindəki 2 ulduzlu mehmanxanalarda 2 nəfərlik standart otaq qiymətləri 70-90 ABŞ dolları (3 gecə üçün) arasında dəyişdiyi halda, bu göstəricilər üzrə Tbilisi şəhərindəki qiymətlər 95- 245 ABŞ dolları arasında dəyişir:

"Digər tərəfdən, cari ilin may ayı ərzində Bakı şəhərində 4 ulduzlu mehmanxanalarda təqdim edilən qiymət intervalı 64-401 ABŞ dolları (3 gecə üçün), 5 ulduzlu mehmanxanalarda isə 191-926 ABŞ dolları (3 gecə üçün) arasında göstərilir. Tbilisi şəhərində isə bu qiymətlər intervalı 4 ulduzlu mehmanxanalar üçün 218-728 ABŞ dolları, 5 ulduzlu mehmanxanalar üçün isə 752-1253 ABŞ dolları təşkil edir.

Qeyd edilən 4 ay üzrə yerləşdirmə tarixlərini, qonaqların qalma müddətini və sayını, eləcə də otaq növünü dəyişdirdikdə, analoji vəziyyət müşahidə edilmiş və Bakı şəhərindəki 2, 4 və 5 ulduzlu mehmanxanalarda təqdim edilən qiymətlər, Tbilisi şəhərində təqdim edilən qiymətlərdən daha aşağı olub”.

Naziriklik vurğulayır ki, ümumiyyətlə, araşdırma nəticəsində əldə edilən müqayisəli göstəricilər, Bakı şəhərindəki mehmanxanalar üzrə təqdim edilən qiymətlərin Tbilisi şəhərində təqdim qiymətlərdən 2 ulduz kateqoriyası üzrə ortalama 35%, 4 ulduz kateqoriyası üzrə 44%,  5 ulduz kateqoriyası üzrə isə 59% daha aşağı olduğunu göstərmişdir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol