• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərenerji” ötən ili 870 milyon manat zərərlə başa vurdu

“Azərenerji” ötən ili 870 milyon manat zərərlə başa vurdu
02.06.2016 09:00
2016-cı ilin yanvar 1-ə "Azərenerji” ASC-nin aktivləri 4 mlrd. 259,591 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin əvvəli ilə müqayisədə 23,21% azalma deməkdir.

ANN.Az "APA-Economics”-ə istinadən xəbər verir ki, aktivlərin 3,77 mlrd. manatı uzunmüddətli, 485,229 mln. manatı isə qısamüddətlidir.

Hesabat dövründə dövlət şirkətinin öhdəlikləri 7,16% artaraq 3,5 mlrd. manata çatıb ki, bundan təxminən 2 mlrd. manatı uzunmüddətli, 1,5 mlrd. manatı isə qısamüddətli öhdəliklərdir.

Uzunmüddətli öhdəliklərin strukturuna nəzər salsaq görərik ki, 1,659 mlrd. manat ssudalar və borc vəsaitlərinin uzunmüddətli hissəsi, 234,677 mln. manat dövlət subsidiyalarının payına düşür.

Qısamüddətli öhdəliklərin tərkibində isə 725,012 mln. manatla ssudalar və borc vəsaitlərinin qısamüddətli hissəsi, 482,049 mln. manatla ticarət və digər kreditor borcları yer alıb.

Ötən il ərzində ASC-nin nizamnamə kapitalı dəyişməyərək 1 mlrd. 760,495 mln. manat olaraq qalıb. Şirkətin məcmu kapitalı isə 2015-ci ildə 67,19% azalaraq 759,234 mln. manata çatıb.

"Azərenerji”nin yığılmış zərəri 1 mlrd. 550,428 mln. manat səviyyəsinə yüksəlib.

Şirkət ötən ilin 870,530 mln. manat zərərlə başa vurub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol