• $
  • €
  • ₽
  • ₺
  • £

Lisenziyası ləğv olunmuş banklar Ali Məhkəməyə müraciət etməyə hazırlaşır

Lisenziyası ləğv olunmuş banklar Ali Məhkəməyə müraciət etməyə hazırlaşır
08.06.2016 17:59
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən lisenziyaları ləğv edilən "Atrabank" ASC və "Qafqaz İnkişaf Bankı" ASC fəaliyyətini bərpa etmək üçün Ali Məhkəməyə müraciət etməyə hazırlaşır.

Bu barədə "Report"a açıqlamasında "Atrabank"ın Hüquq Departamentinin direktoru Şahin Nağıyev məlumat verib.

Xatırladaq ki, adı çəkilən banklar konsolidasiyaya getmək şərti ilə bazara qayıtmağa çalışır. Bunun üçün "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ilk növbədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə bankların xeyrinə qərar verib.

Bundan sonra AMB həmin qərardan apellyasiya şikayəti verib. Mayın 10-da Bakı Apellyasiya Məhkəməsi AMB-nin iddiasını təmin edib.

Ş.Nağıyevin sözlərinə görə, artıq Apellyasiya Məhkəməsinin qətnaməsini əldə ediblər və Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər: "Bu, sonuncu cəhdimizdir, çünki Ali Məhkəmənin qəbul etdiyi qərar dərhal qüvvəyə minir. Amma artıq bu işlə biz deyil, Vəkillər Kollegiyasının üzvü olan vəkil məşğul olacaq".

Xatırladaq ki,AMB "Atrabank" və "Qafqaz İnkişaf Bankı"nın lisenziyalarını bu il yanvarın 27-də ləğv edib və hər iki banka müvəqqəti inzibatçı təyin olunub. Qurum öz qərarını bankların məcmu kapitalla bağlı minimum tələbə əməl etməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi ilə əlaqələndirib.

Lisenziyalarının ləğvindən sonra banklar birləşmək haqqında niyyət protokulu imzalayıb. Əvvəlcə həmin birləşmədə "Günaybank" ASC-nin də iştirakı gözlənilsə də, daha sonra "Günaybank" birləşmədən imtina edib, fəaliyyətini sərbəst davam etdirəcəyini açıqlayıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol