• $
  • €
  • ₽
  • ₺
  • £

​Azərbaycan Cənub Qaz Dəhlizindən 50 mlrd. dollar mənfəət əldə edəcək

​Azərbaycan Cənub Qaz Dəhlizindən 50 mlrd. dollar mənfəət əldə edəcək
22.06.2016 14:30
Azərbaycan perspektivdə Cənub Qaz Dəhlizi (SGC) layihəsinin icrasından 30-50 mlrd. ABŞ dolları həcmində mənfəət götürmək niyyətindədir. 

"Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) "Natural Gas Europe" nəşrinə bildirilib.

Qurumun açıqlamasına görə, hətta ən pessimist proqnozlarla belə Azərbaycan qarşıdakı 25 il satış və alış müqavilələri müddətində 30 mlrd. dollar mənfəət əldə edəcək.
Qeyd edək ki, Azərbaycanın SGC-nin komponentləri olan "Şahdəniz” layihəsində payı 16,7%, Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsində 58%, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində payı 20%-dir. Son rəqəmlərə görə, SGC-nin ümumi icra xərcləri 39,1 mlrd. dollar olacaq ki, bunun da 9 mlrd. dollarlıq hissəsi Azərbaycan tərəfindən yatırılacaq.

"Bunun qarşılığında isə Azərbaycan 30-50 mlrd. dollar qazanmağı düşünür. Hətta qaz ixracı və tranzitindən gələn gəlirləri nəzərə almasaq və 2020-2030-cu illərdə neftin orta qiyməti 60 dollar/barel olarsa, yalnız qaz kondensantından SGC-nin səhmdarları 26 mlrd. dollar qazanacaq. Əgər neftin qiyməti 80 dollar/barel olarsa, bu rəqəm 35 mlrd. dollar olacaq. Bu rəqəmlər yalnız 10 ilə aiddir, amma 25 il üçün həm də qaz gəlirləri, tranzit və vergi daxilolmaları da SGC-nin mənfəətinə əlavə olunacaq və bu rəqəm 30-50 mlrd. dollar civarında olacaq” - SOCAR-dan bildirilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol