• $
  • €
  • ₽
  • ₺
  • £

Palata: “Brexit”in Azərbaycanda maliyyə sabitliyinə təsiri üçün fundamental əsaslar yoxdur

Palata: “Brexit”in Azərbaycanda maliyyə sabitliyinə təsiri üçün fundamental əsaslar yoxdur
25.06.2016 18:00
"Brexit”in ölkədə maliyyə sabitliyinə dərhal və birbaşa təsiri üçün fundamental əsaslar yoxdur. 

"Report"un verdiyi xəbərə görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) məlumat yayıb. 

"Öncədən 23 iyun 2016-cı il tarixinə təyin olunmuş referendumun nəticələrinin ölkədə də əhali və biznesin həssas davranışına səbəb ola biləcəyini nəzərə alaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bir müddətdir ki, bu proseslərin Azərbaycan iqtisadiyyatına təsiri kanallarını araşdırır, maliyyə sabitliyinin qorunması üçün tədbirlər həyata keçirir.

"Brexit”in keçid müddətində qlobal əmtəə, əmək və maliyyə bazarlarında qeyri-müəyyənlikləri artıracağı gözləntiləri əsasında aparılmış təhlillər göstərir ki, Azərbaycanın xarici ticarətinin strukturu və dinamikası, əsas ticarət tərəfdaşları ilə ABŞ dolları əsasında formalaşmış münasibətləri, habelə maliyyə institutlarının aktiv və öhdəliklərinin valyuta strukturu onun ölkəmizin iqtisadiyyatına, o cümlədən maliyyə sisteminə birbaşa təsirini əhəmiyyətli dərəcədə minimallaşdırıb", - deyə məlumatda vurğulanıb.

Məlumatda həmçinin qeyd olunub ki, bununla belə, cari ilin 24 iyun tarixində xüsusilə valyuta bazarının monitorinqi zamanı bir qədər həssas davranış müşahidə edilib. Bu, fundamental iqtisadi faktorlarla deyil,əsasən xarici maliyyə bazarları ilə bağlı informasiya ekspansiyası ilə izah olunur. "Brexit”in ölkədə maliyyə sabitliyinə dərhal və birbaşa təsiri üçün fundamental əsaslar yoxdur. MBNP bu sahədə monitorinqləri davam etdirir və "Brexit”in ölkə iqtisadiyyatına dolayı, o cümlədən psixoloji təsirinin neytrallaşdırılması üçün işlər görür.

Qeyd edək ki, iyunun 23-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında keçirilmiş referendumda ölkə vətəndaşlarının 52 faizi Avropa İttifaqından çıxmağa səs veriblər.  


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol