• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərpoçt" mikrokreditlər ayıracaq

"Azərpoçt" mikrokreditlər ayıracaq
30.06.2016 17:13
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin mikrokreditlərin verilməsi ideyası mövcuddur. Hazırda bu pilot layihənin tam şəkildə həyata keçirilməsi üzərində iş gedir.

 "Report"un xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

"Bu ideya bir müddət əvvəl irəli sürülüb və hazırda da qalmaqdadır. Bilirsiniz ki, "Azərpoçt" mövcud olan lisenziya şərtlərinə uyğun olaraq məhdud çərçivədə bank xidmətləri göstərir. Onun fəaliyyətinin genişləndirilməsi istiqamətlərindən biri də kiçik kreditlərin verilməsi ideyası ilə bağlıdır və bu layihə işlənilir", - deyə E.Vəlizadə qeyd edib.

Qeyd edək ki, bundan əvvəlki müzakirələrdə kreditləşməyə "Azərpoçt"un daxili resurslarından təqribən 2 mln. manat ayrılması nəzərdə tutulub. Layihənin kreditlərə tələbatın nisbətən daha çox olduğu və onların qaytarılması üzrə risklərin olmadığı bir neçə rayonda reallaşdırılması planlaşdırılırdı. İlkin mərhələdə kreditlərin biznes və kənd təsərrüfatının inkişafına ayrılacağı bildirilib. Mikrokreditləşmə xidmətinin işə salınması xüsusi qaydalar üzrə və Azərbaycan Mərkəzi Bankının xüsusi nəzarəti altında həyata keçiriləcəyi açıqlanıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol