• $
  • €
  • ₽
  • ₺
  • £

"Möhtəşəm 100 gün" lotereyasının qalibləri məlum oldu - SİYAHI + FOTOLAR

"Möhtəşəm 100 gün" lotereyasının qalibləri məlum oldu - SİYAHI + FOTOLAR
01.07.2016 17:35
Lotereyada Kristal Abşerondan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd Toyota Bakı Mərkəzində avtomobil (Prado, Camry, Corolla), Bakı Electorincsdən müxtəlif növ məişət texnikalarından ibarət hədiyyələr olmaqla ümumilikdə 134 hədiyyə oynanıldı.

Spar və Araz Supermarketlər şəbəkəsi tərəfindən öz müştəriləri üçün təşkil edilən "MÖHTƏŞƏM 100 GÜN" adlı stimullaşdırıcı lotereyasının qalibləri 30 iyun 2016-cı il tarixində məlum oldu. Paytaxtın Alov Qüllələr kompleksində, Fairmont otelində baş tutan final mərhələ hələ uzun müddət özünün möhtəşəmliyi ilə yaddaşlarda qalacaq. 

Yüzlərlə müştərilər qalib olmaq arzusu ilə Fairmont otelində toplaşmışdı. Lotereya kampaniyasının siması, sevilən aktyor Fərda Xudaverdiyevin və İlahə Şıxlinskayanın aparıcılığı ilə tədbir musiqili qonaqların iştirakı ilə davam etdi.

Lotereyada tiraj komissiyasının şahidliyi ilə Kristal Abşerondan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd Toyota Bakı Mərkəzində avtomobil (Prado, Camry, Corolla), Bakı Electorincsdən müxtəlif növ məişət texnikalarından ibarət hədiyyələr olmaqla ümumilikdə 134 hədiyyə oynanıldı. 

İlk öncə 5 ədəd soyuducu, ardınca 5 ədəd paltaryuyan,  5 ədəd telvizor, 10 ədəd planşet, 15 ədəd telefon və 20 ədəd tozsoran öz sahibini tapdı.Uduşlu tirajda İlyasova İradə Ərşad qızı "Toyota Corolla”, Dadaşova Sevil Bilal qızı "Toyota Camry”, Ömərov Azər Nüsrət oğlu "Toyota Prado” avtomobilini, Mikayılzadə Aydan Firuz qızı "Kristal Abşeron” şirkətinin Xırdalandakı yaşayış kompleksindən 2 otaqlı mənzili qazandı.  

Canlı yayımda əsas qaliblər ilə əlaqə saxlanılaraq onlara Araz və Spar marketlərin stimullaşdırıcı lotereyasının qalibləri olduqları xəbəri verildi. Telefonda qalib olmaları xəbərini eşidən müştərilərin sevinclərinin həddi-hüdudu yox idi. "Toyota Corolla” və "Toyota Camry” avtomobillərini qazanan xanımlar uduş mərasiminin keçirildiyi məkana gələrək "AzRetail” MMC-yə öz təşəkkürlərini bildirdilər.

Hətta Fatmai kəndində yaşayan və 2 otaqlı mənzili qazanan Aydan Mikayılzadə sevincindən ağlayırdı.

Əsas hədiyyələrin qalibləri müəyyən edildikdən sonra 40 fen və 30 ütü də oynanıldı.Oyunun daha maraqlı və həyacanlı məqamlarından biri də tədbirdə işrirak edən müştərilər tərəfindən lototronun özləri tərəfindən fırladılması və kuponların çıxarılması idi. 

Qeyd edək ki, lotereya oyununun şəffaf keçirilməsinin təmin edilməsi məqsədilə "Araz" marketlərində yerləşdirilən lotereya qutularının ağzı öncədən möhürlənərək xüsusi çəkiliş qurupları ilə 30 iyun tarixində "Fairmont" oteldə komissiya üzvlərinin iştirakı ilə lototrona boşaldılmışdı. "Möhtəşəm 100 gün" lotereyasının şərtlərinə görə "Araz" və SPAR marketlər şəbəkələrində 17 mart-24 iyun tarixləri aralığında hər 20 manatlıq alış-veriş edən müştəri bir ədəd kupon-lorereya qazanırdı. 

Qaliblərin adları elan olunaraq Tiraj komissiyasına təhvil verildi. Eyni zamanda qaliblərin siyahısı www.arazmarket.az saytında və Arazmarket və Sparmarketin facebook səhifəsində yayımlanmışdır.













www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol