• $
  • €
  • ₽
  • ₺
  • £

"Bankların bazar günü də işləməsinə ehtiyac yoxdur"

"Bankların bazar günü də işləməsinə ehtiyac yoxdur"
04.07.2016 10:18
Maliyyə Bazarlarına Nəzarət Palatası ölkə banklarının 7 günlük iş rejiminə keçidinə ehtiyac görmür.

Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı ANS-ə müsahibəsində deyib.

O qeyd edib ki, bazar günləri cəmi iki bankın hərəsinin bir filialı fəaliyyət göstərir: "Əgər həmin banklar görsəydilər ki, bazar günü bütün filiallarını işlədib mənfəət əldə edə bilərlər, yəqin ki, bütün filiallarını işlədərdilər”.

R.Aslanlının sözlərinə görə, xarici ölkələrdə bütün insanlar bilirlər ki, bayram günləri, istirahət günləri banklar çalışmır: "Şənbə-bazar günləri insanlar öz alış-verişlərini, xərclərini planlaşdırırlar və cümə günləri bank vəsaitlərini xarici valyutadan milli valyutaya və yaxud əksinə konvertasiya edirlər. Əgər hər hansı bir şəxs bunu edə bilməyibsə, bazar günləri həmin qeyri-iş günləri çalışan "növbətçi” bank nöqtələrində bu xidmətdən istifadə edə bilərlər”.

Palata rəhbəri ötən ay Formula-1 yarışı vaxtı bankların fəaliyyətinə də toxunub: "Formula-1 yarışının treki ətrafında olan zonalarda 90-dan çox bank şöbəsi 10 gün ərzində fasiləsiz olaraq səhər saat 09:00-dan axşam saat 21:00-dək işləyirdi. Əlavə olaraq, biz mobil tətbiq və xəritə də hazırlamışdıq. Bunu hotellərdə turistlərə də göndərmişdik. Onlar həmin proqramdan istifadə etməklə hansı ünvanlarda bankların və valyutadəyişmə məntəqələrinin olduğunu, həmin ünvanlara getmək üçün marşrutları öyrənirdilər”.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol