• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni özəlləşdirməyə regionlardan başlanacaq

Yeni özəlləşdirməyə regionlardan başlanacaq
26.07.2016 15:46
Bu proses üçün Azərbaycana beynəlxalq məsləhətçilər və ekspertlər dəvət olunub.

Azərbaycanda özəlləşdirmə prosesi bərpa olunandan sonra ilk növbədə bölgələrdəki müəssisələrin özəlləşdirilməsinə başlanacaq.

ANN.Az Fins.az-a istinadən xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yeni yaratdığı Özəlləşdirmə Portalınınn təqdimat mərasimində bildirilib.

İctimai təqdimatda ƏMDK-nin sədr müavini Rafiq Cəlilov bildirib ki, dövlət başçısının fərman və tapşırıqlarına uyğun olaraq özəlləşdirilmə sahəsində yeni çağırışlar və müasir yanaşmalar tətbiq olunacaq. Sədr müavini bildirib ki, artıq prezidentin tapşırıqlarına uyğun olaraq ƏMDK bu sahədə fəal tədbirlərə başlayıb: "Komitə özəlləşdirmə sahəsində uğurlu beynəlxalq təcrübəni öyrənib, özəlləşdirməyə çıxarılacaq müəssisələrin siyahısı hazırlanıb və təhlil edilib.

Komitə tərəfindən Bakı və regionlarda müəssisələrin gələcək özəlləşdirmə perspektivləri, belə müəssisələrə yeni strateji xarici investorların cəlb edilməsi, həmçinin müəssisələrin iqtisadi durumu araşdırılıb. Bu proseslərə beynəlxalq məsləhətçilər və ekspertlər dəvət olunub. Həmin ekspertlərin özəlləşmənin optimal üsulları, strateji sahələrin idarəetməyə verilməsi və ya özəlləşdirilməsi istiqamətində tövsiyələri nəzərə alınıb”.

Sədr müavini qeyd edib ki, ölkə prezidentinin tapşırığına əsasən ilk növbədə regionlarda rəqabət qabiliyyətli potensialı olan fəaliyyəti dayanmış müəssisələrin özəlləşdirilməsinə üstünlük veriləcək. Bu yanaşma regionlarda sahibkarlığın inkişafı və iqtisadi aktivliyi artırmalıdır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol