• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan sığorta bazarı I yarımillikdə 18% artıb

Azərbaycan sığorta bazarı I yarımillikdə 18% artıb
10.08.2016 11:23
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən 25 sığorta şirkətinin xətti ilə ümumilikdə 285,3 mln. manat sığorta haqqı toplanılıb.
 
Maliyyə Bazarlarına Nəzarət Palatasından "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,7% və yaxud 42,95 mln. manat çoxdur.

Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi ödənişlərin məbləği isə 101,4 mln. manat təşkil edib ki, bu da 2015-ciin ilk yarısına nisbətən 10,1% çoxdur.

Hesabat dövründə həm könüllü, həm də icbari sığorta növləri üzrə müsbət dinamika müşahidə olunub. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində könüllü sığorta növləri üzrə haqlar 15,54%, ödənişlər isə 4,93% artaraq müvafiq olaraq 177,1 mln. və 75,1 mln. manat təşkil edib.

Həyat sığortası bazarında yığım 35%, ödəniş isə 1,2 dəfə artıb. Qeyri-həyat sığortası bazarında yığım 7,5% artıb, ödəniş isə 5% azalıb.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 35,5 manat ödəniş həyata keçirilib. Bu göstərici keçən ilin eyni dövründə 38 manat təşkil edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol