• $
  • €
  • ₽
  • ₺
  • £

Əmanətlərin Sığortalanması Fondundan bağlanan banklara borclu olan müştərilərə müraciət

Əmanətlərin Sığortalanması Fondundan bağlanan banklara borclu olan müştərilərə müraciət
11.08.2016 11:51
Əmanətlərin Sığortalanması Fondu "Dekabank” ASC, "Kredobank” ASC, "Parabank” ASC və "Zaminbank” ASC-yə borclu olan fiziki və hüquqi şəxslərə müraciət edib.
 
Fonddan "APA-Economics”ə verilən məlumata görə, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1(81)-3620/2016 saylı qərarı ilə "Zaminbank” ASC, 2-1 (81)-3619/16 saylı qərarı ilə ”Kredobank” ASC, 2-1 (81)-3618/2016 saylı qərarı ilə "Parabank” ASC və 2-1(81)-3617/2016 saylı qərarı ilə "Dekabank” ASC məcburi ləğv edilib və Əmanətlərin Sığortalanması Fondu bu ilin iyulun 25-dən bu bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.
 
Bununla əlaqədar olaraq, ləğvedici məcburi ləğv edilmiş banklar qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının "Banklar haqqında” Qanununun 59-cu maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.
 
"Ləğv prosesində olan banklara borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək. Bankın məcburi ləğv olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir”, - deyə məlumatda vurğulanıb.
 
Banka borcu olan şəxslər məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.
 
Fondun ünvanı:
 
Bakı şəhəri, Bül-Bül prospekti 40
 
4-cü mərtəbə
 
Əlaqə nömrələri: ( 994 12)  596 65 91/92/93
 
Qaynar xətt: 941

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol