• $
  • €
  • ₽
  • ₺
  • £

Azad Cavadov: Kifayət qədər vəsaitimiz var

Azad Cavadov: Kifayət qədər vəsaitimiz var
17.08.2016 18:14
"Atrabank” və "Qafqaz İnkişaf Bankı” ASC-lərin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi məqsədi ilə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) kifayət qədər vəsaiti var və Fond əlavə kreditin ayrılması üçün Mərkəzi Banka müraciət etməyi planlaşdırmır. 

Bu barədə "Report”a ADİF-in icraçı direktoru Azad Cavadov məlumat verib. 

"Sığorta hadisəsi qeydə alınan daha iki bank – "Atrabank” və "Qafqaz İnkişaf Bankı”nda qorunan əmanətlərin və kompensasiya ödənişlərinin məbləği 3 günə dəqiqləşəcək. Buna baxmayaraq indidən demək olar ki, kompensasiya ödənişi üçün Fondun Mərkəzi Bankdan əlavə vəsait cəlbinə ehtiyac yoxdur. 

Çünki əvvəlcədən 3 bank – "United Credit Bank”, "Atrabank” və "Qafqaz İnkişaf Bankı” üçün 20 mln. manat həcmində vəsait ayırmışdıq”, - deyə A.Cavadov qeyd edib.

Xatırladaq ki, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust tarixli qərardadı ilə "Qafqaz İnkişaf Bankı” və "Atrabank” ASC-lər müflis elan olunub və ADİF həmin tarixdən qeyd edilən bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb. Həmin tarix bu iki bankda sığorta hadisəsinin baş verdiyi gün hesab olunur. 

"Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq, sığorta hadisəsi baş verdiyi gündən 7 təqvim günü ərzində "Qafqaz İnkişaf Bankı” və "Atrabank”ın qorunan əmanətçilərinə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

Qeyd edək ki, ADİF "Parabank”, "Kredobank”, "Dekabank” və "Zaminbank” ASC-lərdə ötən ay baş verən sığorta hadisəsindən sonra Mərkəzi Bankdan 100 mln. manat həcmində vəsaitin cəlbi üçün müraciət edib və iyulun 29-da Maliyyə Nazirliyinin kollegiyası kredit vəsaitinə dövlət zəmanəti verilməsi ilə bağlı müsbət qərar qəbul edib. Bundan əvvəl isə Fond Mərkəzi Bankdan 22 mln. manat vəsait cəlb edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol