• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 25 səhmdar cəmiyyət satışa çıxarılacaq - SİYAHI

Daha 25 səhmdar cəmiyyət satışa çıxarılacaq - SİYAHI
22.08.2016 14:06
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) sentyabrın 20-də daha bir hərrac keçirəcək.

Oxu.Az komitənin yaydığı məlumata istinadla xəbər verir ki, bu dəfə daha 25 səhmdar cəmiyyət satışa çıxarılacaq.

Bildirilib ki, hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatları privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər. Müraciətlər elektron qaydada da qəbul ediləcək.

Pul hərraclarına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh Komitənin Mərkəzi Bankdakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.

Satışa çıxarılan ASC-lərin siyahısını təqdim edirik:

"Neftçala Ət” Açıq Səhmdar Cəmiyyəti

"Pirallahı Tikiş” Açıq Səhmdar Cəmiyyəti

"SAM” Açıq Səhmdar Cəmiyyəti

"Şıxlar Broyler” Açıq Səhmdar Cəmiyyəti

"Ucar Pambıq” Açıq Səhmdar Cəmiyyəti

"Yevlax Pambıq” Açıq Səhmdar Cəmiyyəti

"Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyəti

"Ağcabədi Aqrotexservis” Açıq Səhmdar Cəmiyyəti

"Ağcabədi Reproduktor Quşçuluq” Açıq Səhmdar Cəmiyyəti

"Astara çay-3” Açıq Səhmdar Cəmiyyəti

"İsmayıllı Kəndkimya” Açıq Səhmdar Cəmiyyəti

"Kürdəmir Kəndkimya” Açıq Səhmdar Cəmiyyəti

"Masazır Quşçuluq” Açıq Səhmdar Cəmiyyəti

"Ağstafa Təmir Tikinti” Açıq Səhmdar Cəmiyyəti

"Mingəçevir Qum Çınqıl” Açıq Səhmdar Cəmiyyəti

"Ucar ağac emalı” Açıq Səhmdar Cəmiyyəti

"Zabrat Tikinti Quraşdırma” Açıq Səhmdar Cəmiyyəti

"Əli Bayramlı Kimyəvi Təmizləmə” Açıq Səhmdar Cəmiyyəti

"Port İliç Xidmət” Açıq Səhmdar Cəmiyyəti

"Tovuz Məişət” Açıq Səhmdar Cəmiyyəti

"Xətai Ticarət-108” Açıq Səhmdar Cəmiyyəti

"Metalqab” Açıq Səhmdar Cəmiyyəti

"Xaçmaz Mexanizasiya Nəqliyyat” Açıq Səhmdar Cəmiyyəti

"Xudat Kəndnəqliyyat” Açıq Səhmdar Cəmiyyəti

"Yevlax Sərnişin” Açıq Səhmdar Cəmiyyəti 

Qeyd edək ki, pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.

Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) ASC-lərin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:

-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 

-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 

-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Xatırladaq ki, pul hərracı 2016-cı ilin sentyabr ayının 20-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək.

Əlavə məlumatı mərkəzin 566-07-44 nömrəli telefonu vasitəsilə və komitənin privatization.az portalından ala bilərsiniz.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol