• $
  • €
  • ₽
  • ₺
  • £

Dəmir yolu daşıyıcıları üçün tariflər azaldılacaq

Dəmir yolu daşıyıcıları üçün tariflər azaldılacaq
24.08.2016 14:43
Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu daşıyıcıları üçün rəqabətli tariflər formalaşdırılacaq. 

"Report"un "Ca-News.org" saytına istinadən verdiyi məlumata görə, Astanada (Qazaxıstan) hər üç ölkənin dəmiryolu administrasiyasının rəhbərləri, Qazaxıstanda cəmləşmiş yükgöndərənlər, iri operatorlar və yükdaşıma şirkətləri ilə əlverişli qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Danışıqların əsas mövzusu Azərbaycan, Qazaxıstan və Gürcüstan ərazisindən ötməklə, metal məhsulları, taxıl, neft və qaz məhsulları, habelə konteyner daşımaları həyata keçirilərkən tarif dərəcələrinin azaldıması ilə bağlı olub.

"Biz ixrac və idxal mallarının daşınmasının reallaşdırılması üçün yaxşı şərtlər təklif etməyə hazırıq. Məsələn, bu ilin sonunda Gürcüstan dəmir yolu vasitəsi ilə Türkiyəyə birbaşa keçid açacağıq. Beləliklə, Türkiyənin cənubuna, Şimali Afrika və ərəb ölkələrinə çıxış imkanları yaranacaq", - deyə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov bildirib.

Görüşün nəticələrinə əsasən qeyd edilib ki, Azərbaycan, Qazaxıstan və Gürcüstanın yerli ixracatçıları və dəmiryolçuları arasında yaradılan birbaşa əlaqələr daşımaların təminatı zamanı yaranacaq məsələləri daha operativ və səmərəli şəkildə həll etməyə imkan verəcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol