• $
  • €
  • ₽
  • ₺
  • £

Maliyyə Palatasından marja açıqlaması

Maliyyə Palatasından marja açıqlaması
27.08.2016 14:56
Müştərilər nağd şəkildə xarici valyutanı banklardan alarkən Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə üzrə 4%-lik koridor əsas götürülür.
 
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Trend-in sorğusuna cavab olaraq bildirilib.

Palata qeyd olunmuş 4% marjaya banklar tərəfindən əməl olunmasına nəzarət edir: 

"Daha öncə də qeyd etdiyimiz kimi, hazırda heç bir bank bu 4%-lik marja koridorunu pozmur və bununla bağlı siqnallar bizə daxil olmayıb. Əgər belə bir faktlar olarsa, MBNP-nin bunun qarşısını almaq üçün mexanizmləri var.

Bununla yanaşı, bəzi banklar manat kart sahiblərinin vəsaitlərini xarici valyutada nağdlaşdırma əməliyyatlarına görə əlavə komissiya tətbiq edirlər. Yəni bankomat vasitəsilə müştəri AZN kartından xarici valyutanı çıxararsa, müəyyən edilmiş rəsmi məzənnə ilə yanaşı, bank tərəfindən müəyyən edilən xidmət haqqı da tutulur və bu xidmət haqları (komisyon haqları) bankla müştəri arasında bağlanmış müqavilə ilə tənzimlənir. 

Belə ki, "Banklar haqqında Azərbaycan Respublikasının Qanunu”nuna əsasən "Hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir”.

Palatadan bildirilib ki, son zamanlar əhali arasında manat kartlarından vəsaitləri xarici valyutada nağdlaşdıranların sayı artıb. Bir çoxları əməkhaqqı kartlarında olan manat vəsaitləridə xarici valyutada çıxarmağa üstünlük verirlər. 

Bu zaman iki əməliyyat baş verir: 1. Manatın xarici valyutaya konvertasiyası və bu mütləq şəkildə 4%-lik koridor çərçivəsində baş verir. 2. İkinci əməliyyat isə vəsaitin nağdlaşdırılmasıdır ki, burada banklar əlavə komissiya tətbiq edirlər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol