• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankı Azərbaycan əhalisinin maliyyə savadını araşdırıb

Dünya Bankı Azərbaycan əhalisinin maliyyə savadını araşdırıb
29.08.2016 12:28
 Dünya Bankı Azərbaycanda maliyyə inteqrasiyası layihəsi əsasında əhalinin 51%-nin borc almaq istəmədiyini, borcalanların isə borcu qeyri-formal üsullarla əldə etmək istədiyini qeyd edib. 

"Report"un İsveçrədəki müxbirinin Dünya Bankının Azərbaycanda əhalinin maliyyə savadlılığı hesabatına istinadən verdiyi xəbərə görə, araşdırma İsveçrə höküməti tərəfindən maliyyələşdirilən maliyyə savadlılığı və istehlakçı hüquqlarının qorunması layihəsi çərçivəsində aparılıb.

Hesabata əsasən, Azərbaycanda əhalinin 36,4%-i bank maliyyələşməsindən istifadə edir. Müqayisə üçün Gürcüstanda bu göstəricinin 39,7% təşkil etdiyi bildirilir. Azərbaycanda yetkinlik yaşına çatmış əhalinin hər 100 min nəfərinə 10,7 bank filialı düşürsə, Gürcüstanda bu rəqəm 27-ə bərabərdir. Buna baxmayaraq, Azərbaycanda şirkətlərin 27%-i investisiyaların maliyyələşdirilməsi üçün bank xidmətlərindən istifadə edirsə, Gürcüstanda bu göstərici 22%-dir. Azərbaycanın maliyyə sektorunda daxili kreditləşmənin həcmi 33% olduğu halda, Gürcüstanda 45%-ə bərabərdir.

Azərbaycanda bank xidmətlərindən xəbərdar olan əhali 98%-dir, bunların isə 84%-i indiyədək bank məhsullarından, bunun 15%-i isə bank kreditlərindən istifadə edib. Şəhər əhalisinin bank kreditlərindən istifadə sayı kənd yerlərindən 4% çoxdur. Buna baxmayaraq, əhalinin 65%-nin elektron pulların mövcudluğundan xəbəri var. Hər beş nəfərdən biri elektron pullardan istifadə etsə də, cari istifadə əmsalı 0,3% təşkil edir. Yetkinlik yaşına çatmış əhalinin 45%-i formal və ya qeyri-formal yollarla yığımlara sahibdirlər. Şəhər əhalisi kənd əhalisindən 25%, qadınlar kişilərdən 18% daha çox yığıma sahibdir.

Hesabatda həmçinin Azərbaycan Mərkəzi Bankının əhali arasında maliyyə savadlılığının artırılması strategiyasının hazırlandığını və ilin sonuna qədər bu proqramın həyata keçiriləcəyini bildirilib.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol