• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə: Satışda keyfiyyətsiz məktəbli geyimləri var

Komitə: Satışda keyfiyyətsiz məktəbli geyimləri var
02.09.2016 16:27
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən məktəb yaşlı uşaqlar üçün tikilən üst geyimlərinin - məktəbli formalarının standartların tələblərinə uyğun olmadığı, əmtəə nişanının saxtalaşdırılaraq istifadəsi barədə şikayət araşdırılıb.
 
Komitənin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, müəyyən olunub ki, "Binə”, "Sədərək” ticarət mərkəzlərində, Əhmədli qəsəbəsində yerləşən ticarət mərkəzində, 8-ci km qəsəbəsində yerləşən bazar, həmçinin Şəki, Oğuz, Göyçay şəhərlərinin geyim satış məntəqələrində mənşəyi bilinməyən, başqasına məxsus əmtəə nişanını özününküləşdirərək, keyfiyyətsiz məktəbli geyimləri satılır.
 
"Binə” və "Sədərək” ticarət mərkəzlərindəki satış məntəqələrindən götürülmüş nümunələr Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yüngül sənaye məhsullarının sınağı laboratoriyasına təqdim olunub. Laborator müayinələrin nəticəsində müəyyən olunub ki, məktəbli formaların üzlük və içlik parçaları mövcud normativ sənədlərin tələblərinə uyğun deyil.
 
Belə ki, normativ sənədlərə əsasən içlik parçanın tərkibində kimyəvi liflərin (sintetikanın) miqdarının 50%-dən və üzlük parçanın tərkibində  kimyəvi liflərin (sintetikanın) miqdarının 67%-dən çox olmaması nəzərdə tutulmasına baxmayaraq, sınaqların nəticələrinə görə kimyəvi liflərin (sintetikanın) miqdarı müvafiq olaraq 98,9%  və 93,7% olub.
 
Satışdakı mənşəyi bilinməyən bütün məhsulların üzərində "Bakı Tikiş Evi” ASC-yə məxsus "BTE” əmtəə nişanından qeyri-qanuni istifadə olunduğu aşkar olunub. Hazırda araşdırmanın nəticələri əsasında qanunvericiliyə uyğun tədbirlər görülür.
 
Məlumatda o da bildirilir ki, qanunvericiliyə, əsasən məktəbli formaları qüvvədə olan dövlətlərarası standart  (QOST 25294-2003 "Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri” standartı) əsasında müəssisələr tərəfindən hazırlanmış və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələblərinə uyğun istehsal edilir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol