• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR buraxdığı istiqrazlara hansı şəkildə zəmanət verir?

SOCAR buraxdığı istiqrazlara hansı şəkildə zəmanət verir?
22.09.2016 20:01
İstiqrazlar üzrə öz ödəniş öhdəliklərini yerinə yetirmək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üçün hansısa maliyyə çətinliyi yarada bilməz.

Bu barədə Trend-ə SOCAR-dan bildiriblər.

Şirkətdən deyilib ki, SOCAR 40 milyard manatlıq aktivləri ilə Azərbaycanın ən böyük şirkəti, təqribən 1.5 milyard manatlıq vergi ödənişi ilə ən böyük vergi ödəyicisi, 52.000-dən çox işçisi ilə ən böyük işəgötürəni və ölkənin ən böyük ixracatçısı olaraq, 100% dövlətə məxsus bir şirkətdir:

"Eyni zamanda, 13.5 milyard manatlıq səhm kapitalı, 1.6 milyard manatlıq nizamnamə kapitalı, 18 əməliyyat şirkəti və 36 birgə müəssisəsi ilə Azərbaycanda öz borc öhdəliklərinin ən etibarlı icraçısı mövqeyindədir. Bundan başqa, SOCAR istiqrazları qanunvericiliyə uyğun olaraq SOCAR-ın öhdəliyi hesab edilir və SOCAR Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, SOCAR öz öhdəliklərinə görə sərəncamında olan əmlakla (yəni, sahib olduğu pula dəyər hər şeyin, varın, mal və mülkün toplamı ilə) cavabdehdir".

Qeyd olunub ki, cəmi 100 milyon ABŞ dolları dəyərində olan SOCAR istiqrazları üzrə öz ödəniş öhdəliklərini yerinə yetirmək Dövlət Neft Şirkəti üçün hansısa maliyyə çətinliyi yarada bilməz: "Sadəcə bir misalı qeyd etmək yerinə düşər ki, "Goldman Sachs və JP Morgan” investisiya bankı SOCAR-ın sahibi olduğu "SOCAR Türkiyə” şirkətini 2015-ci ildə 10 milyard ABŞ dolları məbləğində qiymətləndirərək, 13% hissəsini 1.3 milyard dollara satın alıb. Bundan başqa, SOCAR tərəfindən bu günədək xarici investorlar üçün xarici kapital bazarlarında buraxılan 2.25 milyard dollarlıq avrobondlar və həmin avrobondlara göstərilən böyük maraq SOCAR-a olan yüksək etimadın bariz nümunəsidir".

Şirkətdən istiqraz sahiblərinin istiqrazlarını istədikləri vaxt sata bilib-bilmələri məsələsinə də aydınlıq gətirilib:

"İstiqraz sahibləri istiqrazlarını istədikləri vaxt sata və nağda çevirə bilərlər. SOCAR bunun üçün lazım olan bütün sistemi və texniki infrastrukturu qurub və hər zaman bazarda istiqrazlarının alıcısı kimi çıxış edərək, istiqraz sahiblərinin maliyyə itkisi ilə üzləşmələrinin qarşısını alacaq".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol