• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: “Monopoliya aradan qalxacaq”

Deputat: “Monopoliya aradan qalxacaq”
03.10.2016 11:10
Nazirlər Kabineti (NK) xaricdən Azərbaycana gətirilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov son dərəcə ciddi qərarla bağlı birmənalı şərh verməyin çətinliyini diqqətə çatdırıb. Deputat Modern.az- açıqlamasında qərarın yerli istehsalın stimullaşadırılmasında çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıb:
 
Dollara qənaət edilir...
 
"Doğrudur, qərar 2 illik müddətə verilib. Əsas məqsəd də yerli istehsalçıların, sahibkarların, fermerlərin hüquqlarının müdafiəsi üçündür. Siyahıda əks olunan məhsulların hamısı Azərbaycanda da istehsal olunur. Yəni o mallara görə, dolları xaricə aparıb ölkədə olan məhsuldan təkrar gətirməyin əhəmiyyəti yoxdur”.
 
"Bu sahədəki monopoliya aradan qalxacaq”
 
Parlament üzvü bildirib ki, bəzi məhsullara görə idxal rüsumlarının artırılması Azərbaycanda bu sahədəki monopoliyaların da qarşısını alacaq:
 
"Çünki qərar monopolistlərə də təsirini göstərəcək. O monopolistlər ki, həmin məhsullardan xaricdən gətirir və Azərbaycanda baha qiymətə satışını təşkil edirdilər. Qərar bu sahələrdəki monopoliyanın, inhisarçılığın qarşısını almış olacaq”.


"İşbazlar süni qiymət artımı yaradacaqlar”
 
İqtisadçı bildirib ki, bu qərar müəyyən müddətə qiymət siyasətinə təsir göstərəcək.
"Yerli məhsullarda da bahalaşma baş verəcək, amma satışda problem olmayacaq. Bu addım əsasən sahibkarlara yardım kimi atılıb. Bununla belə, hesab edirəm ki, İqtisadiyyat Nazirliyinin İstehlakçıların Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bazarda süni qiymət artımının qarşısını almaq üçün nəzarəti gücləndirməlidir.
Çünki, indiki şəraitdə  bəzi işbazların yerli istehsalda məhsulların süni qıtlığını yaradaraq bahalaşmaya getmə ehtimalı yüksəkdir.
Vəziyyətdən istifadə edib qiyməti artıranlar, süni qıtlıq yaratmağa cəhd edənlər olacaq. Amma yerli istehsalçıların da marağı olacaq ki, məhsulları tez satılacaq, dövriyyələri böyük olacaq, həmin məhsulların istehsalı ilə geniş məşğul olacaqlar. Bütün bunlara görə, istənilən qiymət artımın qarşısı alınmalıdır”.
 
Qeyd edək ki, dəyişikliyə əsasən, Azərbaycana idxal edilən
1 kq ev toyuğu əti üçün 1 dollar,
1000 ədəd toyuq yumurtası üçün 100 dollar,
1 kq soğan üçün 0,2 dollar,
1kq xiyar üçün 0,2 dollar,
1 kq qoz-fındıq üçün 1,5 dollar,
1 kq üzüm üçün 0,4 dollar,
1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək),
armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar,
1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.
O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq. Bu qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir və iki il müddətində qüvvədə qalır.
Qeyd edək ki, bundan əvvəl bu məhsullara gömrük dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol