• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha bir bahalaşma - QİYMƏTLƏR

Azərbaycanda daha bir bahalaşma - QİYMƏTLƏR
05.10.2016 12:36
Son bir neçə ayda Azərbaycanda avtomobillərin ehtiyat hissələri 60%-ə kimi bahalaşıb. 

Bu barədə Fins.az-a avtomobil ekspertləri və ehtiyat hissələri satıcıları bildirib. Ekspertlərin sözlərinə görə, may ayından avqust ayına kimi ehtiyat hissələri 40%, sentyabr ayında isə 20% bahalaşıb.

Dolların bahalaşması ehtiyat hissələrini də bahalaşdırıb

Avtomobillərin və ehtiyat hissələrinin satışı ilə məşğul olan Aley Şamilov bildirib ki, bunun bir neçə səbəbi var. Birincisi, may ayından etibarən son bir neçə ayda dollar xeyli bahalaşıb. Bu da ölkəyə gətirilən ehtiyat hissələrinin qiymətlərinə xeyli təsir göstərib.

Məsələn, mayda dolların məzənnəsi 1,49 dollar idisə, hazırda 1,63-1,64 manat arasında dəyişir. Satıcının sözələrinə görə, sentyabr ayında dolların bahalaşması ilə yaranan ajiotaj qiymətlərin daha da artmasına təsir edib.

Gömrük xərcləri 2 dəfə artıb

A.Şamilov deyir ki, qiymətlərin artmasına təsir göstərən digər səbəb gömrük rüsumlarının iyuldan etibarən fərqli qaydada hesablanmasıdır. Belə ki, əvvəl ehtiyat hissələrinə say və ya çəkiyə görə rüsum hesablanırdısa, indi malın ehtiyat hissəsi və ya quş yemi olmasından aslı olmayaraq, dəyərinə görə rüsum hesablanır.

Nəticədə ehtiyat hissələrinin gətirilməsi xərcləri 2 dəfə artıb. A.Şamilov bildirib ki, bir neçə ay əvvəl 10 min manatlıq mala görə gömrük və yolpulu daxil olmaqla, 3000 manat əlavə xərc tələb edilirdi. İndi eyni məbləğdə ehtiyat hissəsinə görə 5 min manat rüsum, min manat yol xərci daxil olmaqla 6 min manat xərc tələb olunur. 

Sürət qutusunun yağını dəyişmək 60% bahalaşıb

Satıcının sözlərinə görə, nəticədə avtomobil yağlarından iri ehtiyat hissələrinə kimi bütün detallar kəskin bahalaşıb. Məsələn, əvvəl 1999-cu il model "Mercedes C 200” avtomobilinin sürət qutusunun yağını dəyişmək usta xərci daxil 110-120 manata başa gəlirdisə, indi bunun üçün 200 manat ödəmək lazım gəlir.

Belə ki, bu yağın bir litri əvvəl 10 manat idi. İndi 17 manata kimi bahalaşıb. Avtomobilin sürət qutusu üçün 8 litr yağ lazım olduğunu nəzərə alsaq, daha ciddi fərq ortaya çıxır. Bundan əlavə filtr və ara qoruyucunun qiyməti də 2 dəfə artıb. Əvvəl iki detalı 15 manata almaq mümkün idisə, indi qiymət 30 manata kimi artıb. 

Mühərrik yağını dəyişmək indi 75% baha başa gəlir

Mühərrik yağını dəyişmək isə indi 75% baha başa gəlir. A.Şamilov bildirib ki, bir neçə ay əvvələ qədər usta xərci daxil mühərrik yağını dəyişmək "Mercedes C200” modeli üçün 40 manat idi. İndi bu xərc 70 manata kimi artıb.

Bəzi ehtiyat hissələri 2 dəfəyə yaxın bahalaşıb

Bəzi ehtiyat hissələrinin qiymətləri isə daha çox artıb. Məsələn, "Mercedes C200” modelinin yan qanadı 60-70 manatdan 120-140 manata, qapısı 80 manatdan 140 manata, alın şüşələri  80 manatdan 120-130 manata kimi bahalaşıb.

Ön amartizatorların qiyməti 45-55 manatdan 90-100 manata, arxa amartizatorların qiyməti isə 85-90 manata kimi bahalaşıb. 2.0 l mühərrikli "Mercedes C200”-ün şamları 4 manatdan 7 manata kimi, 2.4 litr mühərrikli modelin şamları isə 9 manatdan 17 manata kimi bahalaşıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol