• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik 8 şirkətdə yoxlama apardı

Nazirlik 8 şirkətdə yoxlama apardı
07.10.2016 16:10
Səhiyyə Nazirliyi 8 dərman istehsalı ilə məşğul olan şirkətinin GMP tələblərinə uyğunluğunun təftişini aparıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, respublikaya idxal olunan dərman vasitələrinin daim yüksək keyfiyyətə, təhlükəsizliyə və effektivliyə malik olmasını təmin etmək üçün bəzi hallarda istehsalçı şirkətlərin təftişinə ehtiyac yaranır.

Məhz GMP yoxlamalar istehsalçının istehsalat prosesini hansı səviyyədə təşkil və tətbiq etdiyi, eləcə də ümumilikdə istehsalçının potensialını aşkar etməyə imkan verir.

Bütün bunları nəzərə alaraq respublikamızda əczaçılıq sektorunda tənzimləyici qurumu olan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində cari ildən başlayaraq illik GMP təftişi həyata keçirilməyə başlanılıb.

Son dörd ay ərzində müxtəlif ölkələrin 8 dərman istehsalı ilə məşğul olan şirkətinin GMP tələblərinə uyğun təftişi aparılıb.
 
Dərman vasitələrinin istehsal prosesinin yüksək səviyyədə təşkili hazırki dövrdə Etibarlı İstehsalat Praktikasının ( Good Manufacturing Practice - GMP) tələbləri əsasında aparılır. Sözügedən tələblər dərman vasitələrinin istehsalının bütün mərhələlərini tənzimləyir. GMP keyfiyyətə təminatın əsas təkib hissəsi olub məhsulun daim müvafiq keyfiyyət standartlarına uyğun istesal olunduğuna və yoxlanıldığına, öz təyinatına, qeydiyyat sənədlərinə və bu məhsula dair spesifikasiyaya, eləcə də marketinq və lisenziyalaşdırma orqanlarının tələblərinə uyğun olduğuna zəmanət verən sistemdir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol