• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” AICT-2016 beynəlxalq konfransına dəstək verdi

“Nar” AICT-2016 beynəlxalq konfransına dəstək verdi
12.10.2016 16:38
Mobil operator "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” mövzusundakı elmi konfransda təmsil olundu

12-14 oktyabr 2016-cı il tarixdə texnika sahəsində çalışan mütəxəssislərin beynəlxalq qeyri-kommersiya assosiasiyası olan və radioelektronika, elektrotexnika, hesablama sistemləri və şəbəkələri standartlarının hazırlanması sahəsi üzrə bir dünya lideri hesab edilən Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (Institute of Electrical and Electronics Engineers – IEEE) "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (Application of Information and Communication Technologies – AICT-2016) mövzusundakı 10-cu beynəlxalq konfransı Azərbaycanda keçirildi.

Azərbaycan Respublikası Rabitə və yüksək texnologiyalar nazirliyi və Təhsil nazirliyinin dəstəyi ilə təşkil edilən üçgünlük elmi konfrans Qafqaz Universitetinin tədris binasında, Bakı Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda keçirildi.

İnformasiya texnologiyalarının inkişafı və innovasiyalara xüsusi önəm verən "Nar” bu mötəbər tədbirə dəstək verərək, forumun təşkilatçıları arasında yer aldı. Konfransın açılış mərasimində çıxış edən "Azerfon” şirkətinin texniki və informasiya texnologiyaları üzrə baş müdiri Xəyyam Həsənli informasiya texnologiyaları sahəsindəki yeni trendlərin mobil rabitədə tətbiqi və innovasiyalara meyl edən "Nar” operatorunun bu sahədəki böyük və uğurlu təcrübəsindən söhbət açdı. Çoxsaylı yerli və xarici qonaqların iştirak etdiyi tədbir dəyərli elmi müzakirələr və geniş təcrübə mübadiləsi formatında keçirildi.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol