• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank öz pulköçürmə sistemini yaratdı

Unibank öz pulköçürmə sistemini yaratdı
20.10.2016 11:06
Unibank "Unitransfer” adlı daxili pulköçürmə sistemini istifadəyə verib.

"Unitransfer” in üstünlüyü, müştərilərə Unibank-ın eyni şəhərdəki filialları arası və yaxud bir şəhərdə yerləşən filialından digər şəhərdə yerləşən filialına ən qısa müddətdə pul köçürmə imkanı verməsi ilə yanaşı, hesab açılmamasıdır. Yəni köçürmə adi qaydada, ad, soyad, ata adı və kod əsasında olacaq. Adına pul köçürülən şəxs əməliyyatdan cəmi bir neçə dəqiqə sonra, sadəcə şəxsiyyət vəsiqəsini təqdim etməklə, istənilən Unibank filialından pulu götürə biləcək.

"Unitransfer”lə 4 valyutada – manat, dollar, avro və rublda pul köçürmək mümkün olacaq. Köçürməyə görə vəsaitin 0.4%-i (minimum 2 AZN/USD/EUR, 200 RUB) həcmində komissiya tutulacaq. İlk mərhələdə yalnız Unibank daxilində fəaliyyət göstərən pulköçürmə sisteminin gələcəkdə digər banklarda da istifadəsi nəzərdə tutulur.

Dünyanın ən məhşur və etibarlı pulköçürmə sistemlərinə qoşulan Unibank, 10 pulköçürmə sistemi vasitəsi ilə müştərilərinə xidmət göstərməkdədir. Bank hazırda geniş xidmət şəbəkəsinə malik "Zolotaya Korona” , "Contact” , "Western Union” , "Faster", "LİDER”, "BLİZKO", "PrivatMoney”, UPT kimi nüfuzlu təcili pul köçürmə sistemləri üzrə də xidmət göstərərək, ABŞ dolları , Avro və Rusiya rublu ilə əməliyyatlar həyata keçirir.

Beynəlxalq pul köçürmələri sistemləri ilə əməkdaşlığını ildən-ilə dərinləşdirən Unibank, pul köçürmə xidmətlərini genişləndirmək üzrə ölkə maliyyə qurumları sırasında ilk yerlərdədir. Bu sistemlər dünyanın 190 ölkəsindən çoxunda fəaliyyət göstərərək, ümumilikdə 500 min təcili qəbul və göndəriş məntəqəsini birləşdirir. Onlardan hər biri pul köçürmələrini tez, rahat və etibarlı şəkildə, istiqamətindən və xidmət məntəqəsindən asılı olmayaraq 0,2%-dən başlayan tariflərlə həyata keçirməyə imkan verir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,twitter.com/unibank ) əldə etmək olar.

Unibank-hər kəsin bankı

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol