• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan malları xaricdə bu mağazalarda satılacaq

Azərbaycan malları xaricdə bu mağazalarda satılacaq
28.10.2016 15:58
İqtisadiyyat Nazirliyinin kollegiyası "Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi meyarları”nı təsdiq edib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, meyarlar bu gündən qüvvəyə minib.

Meyarlar "Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi meyarlarını müəyyən edir. 

Bu meyarlara uyğun olaraq "Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının, habelə həmin mağazalarda yerləşdirilməsi nəzərdə tutulan məhsulların siyahısı İqtisadiyyat nazirliyi tərəfindən müvafiq dəstək tədbiri üzrə ixracatçıların seçilməsi üzrə müsabiqə elanında göstərilir və İqtisadiyyat Nazirliyinin rəsmi internet saytında dərc edilir.

"Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısı aşağıdakı meyarlar əsasında müəyyən olunur:

- mağazanın yerləşdiyi ölkə (ölkələr) ilə Azərbaycanın iqtisadi və ticarət əlaqələri;

- mağazanın yerləşdiyi ölkəyə (ölkələrə) Azərbaycan məhsullarının ixrac potensialı;

- sahibkarlardan daxil olan müraciətlər;

- mağazanın müxtəlif ölkələrdə və ya bir ölkədə fəaliyyət göstərən və istehlakçılar tərəfindən geniş tanınan mağazalar şəbəkəsinə aid olması;

- rüsumsuz ticarət mağazalarının ("duty free”) yerləşdiyi ərazilərdə sərnişin daşımalarının həcminin böyüklüyü və ərazinin beynəlxalq nəqliyyat qovşağı baxımdan əhəmiyyəti.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol