• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir bank bağlana bilər - Azərbaycanda

Daha bir bank bağlana bilər -  Azərbaycanda
01.11.2016 14:46
"Daha bir bank öz öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir”.
 
Modern.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov növbəti bağalanacaq bankın anonsunu verib.

"Monitorinqlərimiz və eləcə də bizə olan müraciətlər göstərir ki, həmin bank hətta cari hesablardakı kiçik məbləğdə ödənişləri belə mərhələli şəkildə ödəyir. Maliyyə Bazarlarına Nəzarət Palatası ya yaxın zamanlarda həmin bankın lisenziyasını ləğv etməli, ya da onun digər banka konseldasiyası prosesini sürətləndirməlidir.
 
Əslində, bankların lisenziyasının ləğv edilməsi deyil, onların birləşməsinə nail olunmasına ehtiyac var ki, heç bir əmanətçi prosesdən ziyan görməsin. Təəssüf ki, bankların konseldasiyası üçün hələ də dəfələrlə təklif etməyimə baxmayaraq, Mərkəzi Bank tərəfindən problemli bankların birləşdirilməsi üçün stimullaşdırıcı və ya təşviqedici fəaliyyətlər həyata keçirilmir”.
 
V.Bayramovun sözlərinə görə, bank sektorunda ilk beşliyə daxil olan "Bank Standard”ın müflis olmasından sonra sistemə daha fərqli yanaşmanın ortaya qoyulmasını aktuallaşdırıb:

"Aydındır ki, bankların lisenziyalarını mərhələli şəkildə ləğv etmək heç də bank sektorundakı problemləri həlli kimi qəbul edilə bilməz. Əvvəllər də təklif etdiyim kimi, banklardakı problemli aktivlərin, kreditlərin idarəedilməsi, sağlamlaşdırılması üçün ABŞ-da olduğu üçün xüsusi proqramın hazırlanmasına və tətbiq edilməsinə ehtiyac var.
 
Dollarda olan kreditlərə güzəştlərin verilməsi həmçinin bank sektorunun sağlamlaşdırılması baxımdan olduqca vacibdir. Birmənalı şəkildə, bank sektorundakı problemlərə kompleks yanaşma həyata keçirilməlidir ki, neft bumu dövründə "yağışdan sonraki göbələklər” kimi sayı artan bankların post-neft dövründə müflisləşməsi prosesi dayansın”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol