• $
  • €
  • ₽
  • ₺
  • £

Bağlanan şirkətin işçilərinin maaşı necə ödənilməlidir?

Bağlanan şirkətin işçilərinin maaşı necə ödənilməlidir?
03.11.2016 10:30
Bəzən elə müəssisələr, şirkətlər olur ki, bağlanır və ya işçilərini ixtisar edirlər. 

Hətta elə hallar da olur ki, həmin işçilərə verilməsi vacib olan pulları da ödəmirlər. Bu da işçilərin əmək hüquqlarının pozulmasıdır.
 
Bəs müəssisə fəaliyyətini dayandırdıqda və ya işçilərini işdən azad etdikdə onlara müavinətlərin verilməsi qanunla necə tənzimlənir?
 
Bu məsələ ilə bağlı hüquqşünas Müzəffər Baxışov Modern.az-a açıqlama verib.
 
O bildirib ki, qanunda müəssisə və ya təşkilat bağlanacaqsa öz işçilərinə 2 ay qabaqcadan məlumat verməlməsi ilə bağlı müddəa var.
 
"Həmin şəxslərin isə 2 ay əmək haqqı ödənilməlidir. Əgər işdən çıxarılan şəxs müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçib, iş tapmayıbsa 3-cü ayın əmək haqqı da ona verilməlidir”.
 
M. Baxışov deyib ki, indiki vəziyyətdə bəzi şirkətlər, müəssisələr müflis vəziyyətinə düşən kimi bağlanır.
 
"Amma bu belə olmamalıdır. Ona görə də, həmin şirkətlər, müəssisələr bu pulları ödəmirlər. İşçilərə deyirlər ki, şirkət ləğv olunur. Azərbaycanda əksər şirkətlər ləğv olunan zaman bu hallar olur. Bu da qanunsuzluqdur. Belə şirkətlər həmin işçilərin əmək hüquqlarını pozurlar”.
 
O qeyd edib ki, əgər şirkət müflis olub bağlanıbsa, müavinətlərin hansı qaydada işçilərə verilməsi barədə hüquqi mexanizmi yoxdur.
 
"Qanunvericilikdə bu şirkət rəhbərləri üçün də heç bir məsuliyyət tətbiq olunmayıb ki, məcburiyyət qarşısında qalsınlar və həmin pulları işçilərə ödəsinlər. Bu qayda ştat vahidi ləğv olunmuş işçilərə də aiddir”.
 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol