• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan balı dünya bazarında - TEZLİKLƏ

Azərbaycan balı dünya bazarında - TEZLİKLƏ
07.11.2016 14:00
Bir neçə gündən sonra Bakıda bal yarmarkası sona çatacaq. Arıçılıqla məşğul olan fermerlər satdıqlarını satıb satmadıqlarını götürüb evlərinə dönəcəklər. Onların bəh-bəhlə təriflədiyi, min bir dərdin dərmanı saydıqları bal ən yaxşı halda yerli alıcıya çatır, halbuki, Azərbaycan balı keyfiyyətinə görə dünya bazarında rəqabətə davam gətirə bilər. Ancaq qiymətinə görə bunu söyləmək çətindir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin tədqiqatçıları ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində müəyyənləşdiriblər ki, 2015-ci ildə ixracın orta qiyməti təbii balın hər kq-ı üçün 11,2 dollar olub: "Bu dövrdə idxal olunan ən bahalı Fransa balı 2 dəfə ucuz - 6,71 ABŞ dolları olub. İdxal olunan təbii balın 1 kq-nın orta qiyməti 1,5-2.5 ABŞ dolları olub. Dünya bazarlarında təbii balın ixrac qiyməti aşağıdır. Məsələn, dünyanın  ən çox bal istehsal edən 15 ölkəsi üzrə orta ixrac qiyməti 3,2 dollardır. Onlar arasında ən ucuz qiymət Malayziyada (1 kq - 1,6 dollar), ən baha qiymət Macarıstandandadır (1 kq -  4,4 dollar).

ANN.Az Azərbaycan balının ixrac prespektivləri ilə bağlı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədovdan müsahibə götürüb.

-  Rüfət müəllim, Azərbaycan balının dünya bazarına çıxarılmasında hansı problemləri görürsüz?

-  İlk növbədə onu qeyd etmək istəyriəm ki, Azərbaycanda istehsal olunan balın xariə çxarılması məqsədilə biz ölkədə bal istehsalçılarının və ixracaatçılarının  assosiaasiyasını yaratmağa çalışırıq. Hazırda bu proses gedir. Bu assosiasiyanın əsas məqsədi odur ki, bal istehsalçılarının bal istehsalında yaranan problemləri həll etsin və yerli məhsulu dünya bazarına çıxarmağa çalışsın. Bu iki istiqamət orda nəzərdə tutulur.  Əsas çətinliyimiz odur ki, Azərbaycanda lazımi həcmdə bal istehsal olunmur. Biz istəyirik ki, bu istehsalla daha çox adam məşğul olsun, eyni zamanda, məşğul olan arıçılar öz istehsallarını genişləndirsinlər. Bilirsiz ki, ixrac üçün kifayət qədər çox məhsul lazımdır. Bundan başqa, istehsalçılar keyfiyyət baxımdan tələb olunan  standartlara əməl etməlidirlər, xüsusilə, qablaşdırma, etiketləşdirmə ilə bağlı dünya bazarında mövcud tələblərə riayət etməlidirlər.
 
"Dünya qiymətləri ilə ayaqlaşmaq üçün məhsul bol olmalıdır”
 
-  Azərbaycandakı standartlar nə qədər dünya standartları ilə ayaqlaşır?

-  Azərbaycanda bu sahədə mövcud standartlar kifayət qədər qənaətbəxşdir, sadəcə, istehsalçılar özləri bu standartlara əməl etməlidirlər.
 
- Bəs Azərbaycan balının dünya bazarındakı qiymətlərlə ayaqlaşması üçün nə lazımdır? Çünki hazırda dünya bazarında Azərbaycan balından daha ucuz və keyfiyətli bal təklif edən ölkələr var.
 
- Razıyam, balın istehsalı nə qədər çox genişlənsə, məhsuldarlıq bol olsa, maya dəyəri aşağı düşəcək və ixrac üçün də şərait yaranacaq, yerli məhsulun rəqabət qabiliyyəti artacaq.  Qiymət amili çox vacibdir.

-  Azərbaycan balına xaricdə alıcı tapmaq potensialı varmı?
 
- Əlbəttə, potensial böyükdür. Məsələn, ərəb ölkələrində bal istehlak olunur, idxal edilir, orda böyük bazar var. Sadəcə, təklif gözləyirik. Bizim istehsalçılar da bu təklifi verməyə hazırdılar.  Dediyim kimi, biz Assosiasiya yaradırıq və proses başa çatandan sonra ixrac potensialını müzakirə edəcəyik.
 
- Assosiasiya məhsuldarlığın artırılması ilə də məşğul olacaqmı?

- Biz AzPROMO olaraq istehsal prosesinə qarışmırıq, bizi daha çox ixrac maraqlandırır. Ancaq onu deyə bilərəm ki, cənab prezidentin təsdiqlədiyi mexanizmlərdən biri də ixrac potensiallı məhsulun ixraca hazırlıq səviyyəsinin artırılması üçün aparılan tədqiqat inkişaf proqramlarına dövlət tərəfindən dəstək veriləcək. Mən bal istehsalçılarını bu işdə aktiv olmağa çağırıram.
 
S.Mehdiyeva

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol