• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şirkətlər də hərraca cıxarıldı – SİYAHI

Bu şirkətlər də hərraca cıxarıldı – SİYAHI
14.11.2016 10:13
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dekabrın 13-də növbəti əmlak hərracı keçirəcək. 

Komitədən fins.az-a verilən məlumata əsasən, bu dəfə 23 səhmdar cəmiyyəti  və avtomobillər hərraca çıxarılacaq.

Hərracda səhmdar cəmiyytlərin səhmlərinin  30-45%-lik hissəsi satılacaq. Bu dəfə əsasən,  bölgələrdə yerləşən  şirkətlər özəlləşdiriləcək. Hərracda Lerik, Salyan, Sabirabad, Şəki, Tərtər, Oğuz, Yevlax, Kürdəmir, Goranboy, Biləsuvar və Bərdədəki müəssisələr satılacaq.

Onların sırasında "Bərdə Kərpic”, "Çatal Broyler”, "Göranboy Sənaye İnşaat”, "Kürdəmir Quşçuluq”, "Sabiabad Tədarük”, "Salyan İnşaat Materialları”, "Tərtər Konserv” və digər səhmdar cəmiyyətlər var. Onlardan ən ucuzunun ilkin satış qiyməti  2 min manata, ən bahası isə 87 min müəyyən edilib. Hərracda iştirak etmək istəyən hüquqi və ya fiziki şəxslər əmlakın ilkin satış qiymətinin 10%-i həcmində beh ödəməlidirlər.

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır.

Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) Səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
- müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 

- müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
- hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 
- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Pul hərracı 2016-cı ilin dekabr ayının 13-də saat 09:30-da Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində (ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 139 A) keçiriləcəkdir.

Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization.az portalından ala bilərsiniz. 

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin tam siyahısı ilə buradan tanış ola bilərsiz. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol