• $
  • €
  • ₽
  • ₺
  • £

İnstitut direktoru: "Son 10 ildə Azərbaycanda yağıntının miqdarı..."

İnstitut direktoru: "Son 10 ildə Azərbaycanda yağıntının miqdarı..."
14.11.2016 15:52
Son 10 ildə Azərbaycanda müşahidə olunan quraqlıq torpaq sisteminə mənfi təsir göstərib.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev deyib. Onun sözlərinə görə ki, bunun ən ciddi fəsadı Naxçıvanda müşahidə olunub. Son 10 ildə Azərbaycanda yağıntının miqdarı ümumilikdə 7% azalıb. Azalma ən çox Naxçıvanda müşahidə olunub - 11%.
 
Gələcək 10 ildə havanın temperaturunun ölkə üzrə 0,3 dərəcə (Naxçıvanda isə 0,7 dərəcə) qalxacağını deyən Ə. Quliyev qeyd edib ki, belə davam edərsə, 2030-cu ilə kimi müəyyən problemlər yaradar.
 
İnstitut direktoru vurğulayıb ki, iqlim dəyişməsi, suyun buxarlanması, duzun torpağın üzərində qalması nəticəsində torpaqlarda quraqlıq, təkrar şorlaşma gedib:
 
"Bu gün xüsusən Kür-Araz ovalığında belə hallar yaşanır. Meliorasiya sisteminin pis olması, sudan düzgün istifadə edilməməsi bu ərazidə böyük problem yaradıb. Ölkədə pambıqçılığın inkişaf etdiyi Kür-Arazı ovalığı drenajlanmış ərazidir. Lakin orada drenajlardakı suyun səviyyəsi ilə suvarma kanalındakı suyun səviyyəsi eynidir. Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalından təxminən saniyədə 200 kub metr su sərf olunur ki, bu da ildə 6 milyard yarım kub metr su deməkdir. Bunun 3 milyard kub metri kanaldan batan itkiyə gedir. Bu itki suvarma və magistral kanallarda olan sızma nəticəsində baş verir. Kanalların içi torpaqdır və qrunt suyunu yuxarı qaldırır. Kanalın üzünü çəkməklə 3 milyon su ehtiyat edərik. Bu su ehtiyatının əvəzində kollektor-drenajlar vasitəsilə ildə 4 milyard kub metr su Xəzərə axıdılır".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol