• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yenidən nağd dollar qıtlığı yarandı

Azərbaycanda yenidən nağd dollar qıtlığı yarandı
16.11.2016 14:36
Azərbaycanda fəaliyyət göstərən əksər kommersiya bankları ABŞ dollarının nağd satışını dayandırıb. 

"Report"un monitorinq qrupunun kommersiya banklarında apardığı müşahidələr göstərir ki, bu gün, noyabrın 16-da "Bank of Baku" və "Muğanbank" kimi banklarda satış tamamilə məhdudlaşdırılıb. "Accessbank"da satış limiti 200 dollar, "ASB" və "BTB"-də 100 dollar məbləğində müəyyənləşdirilib. "Amrahbank" isə dolların alışı olduğu təqdirdə satışın da həyata keçirildiyini bildirir.

Qeyd edək ki, dollar qıtlığının yaranmasına səbəb dünən, noyabrın 15-də AMB-nin keçirdiyi sonuncu valyuta hərracında bankların tələbatının cəmi 8% ödənilməsi ilə bağlıdır. Hərracın bitməsindən həmən sonra valyuta bazarında qıtlıq yaranıb, bu da öz növbəsində "qara bazar"da dolların satış məzənnəsinin 1,81-1,82 manata kimi yüksəlməsinə gətirib çıxarıb. Xatırladaq ki, bankların bu gün dolların maksimal satış məzənnəsi 1,7715 AZN/USD ola bilər.

"Report"un analitik qrupu dünya bazarında dolların məzənnəsinin möhkəmlənməsi prosesinin sürətləndiyini bildirir: "Nəticədə, dünyanın əksər valyutaları dollarla müqayisədə ucuzlaşıb. Bura, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyə, Çin və Rusiyanın da valyutaları aiddir. Son günlərdə ən çox devalvasiyaya uğrayan isə Türkiyə lirəsi olub. Belə ki, son bir ayda lirə dollarla müqayisədə 8% ucuzlaşıb. Çin yuanı eyni dövrdə 2,2%, rubl isə 4% dəyərdən düşüb".

Analitik qrup mövcud durumun manatın məzənnəsinə təzyiqləri artıracağını, ilin sonuna qədər ən yaxşı halda Azərbaycanda dolların məzənnəsinin 1,90 AZN/USD-yə çatacağını, "qara bazar"da isə 2,00 AZN/USD-ni üstələyəcəyini proqnozlaşdırır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol