• $
  • €
  • ₽
  • ₺
  • £

Əhaliyə satılan qaz bahalaşacaq - PROQNOZ

Əhaliyə satılan qaz bahalaşacaq - PROQNOZ
22.11.2016 12:57
Gələn ildən isti suyun qiyməti dövlət tərəfindən tənzimləyənməyəcək. Belə ki, Nazirlər Kabinetinin "Qiymətləri dövlət tərəfindən tənzimlənən malların Siyahısı”nda etdiyi dəyişikliyə əsasən, isti su qiymətləri dövlət tərəfindən tənzimlənən mallar (işlərin, xidmətlərin) siyahısından çıxarılıb.

"Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev mətbuata açıqlamasında isti suyun dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarılması onun qiymətinin yenidən formalaşdırmasına imkan verəcəyini deyib.

Belə olan halda, yəni, istilik xidmətlərinin qiymətinin yenidən formalaşdırılması əhaliyə satılan qazın qiymətinə təsir göstərəcəkmi?
 

Qubad İbadoğlu - İqtisadçı ekspert 

İqtisadçı-ekspert Qubad İbadoğlu ANN.Az-a açıqlamasında bildirib ki, qaz, istilik, su (kommunal xidmətlər) - bunlar eyni bazarda təklif olunan xidmətlərdir:

"Qaz və istilik xidmət baxımından bir-birini tamamlayır. Xərclər aspektindən yanaşsaq, istiliyin qiymətinin artması qazın qiymətindəki artımla əlaqədar deyil. Amma bazarların qarşılıqlı təsir nöqteyi nəzərindən, eyni bazarda müxtəlif vasitələr təklif olunur - elektrik və qazla qızdırma. Bu bazarda qiymətlər gərək, bir-birinə uyğun olsun ki, son nəticədə, istehlakçı daha rasional qərarlar qəbul edə bilsin. Əgər bazarda istiliyin qiyməti qalxacaqsa, bu, qazın qiymətinə də təsirsiz ötüşməyəcək. İstiliyin qiymətinin bahalaşdırılması bir sıra çətinliklərə gətirib çıxarır. Elə vətəndaşlar var mərkəzləşdirilmiş istilik sistemindən imtina edrərək, kombilərdən istifadə edir. Kombilərin qazla işlədiyini nəzərə alsaq, bu, qaza olan tələbatı artırır. İqtisadi baxımdan, əgər tələbat artırsa, qazın qiyməti bahalaşa bilər. Azad bazar qanunu ilə qiymət artımı tənzimlənərsə, o halda, qiymətlər formalaşdırıla bilər. Bizdə isə qiymətlər (elektrik və qaz) dövlət tərəfindən tənzimlənir. Qiymətləri dövlət şirkətlərinin təqdimatı ilə Tarif Şurası dəyişə bilir. Qiymət dəyişikliyi inzibati qərarlardan asılıdır. Buna görə də, bizdə qiymətlərin tənzimlənməsini birbaşa bazarla bağlamaq düzgün deyil”.

"Əhaliyə satılan qazın qiyməti ilə büdcə arasında birbaşa yox, dolayı asılılıq var. Bizim qaza görə ödənişlərimiz büdcəyə deyil, Neft Şirkətinə gedir. Dövlət Neft Şirkətinin büdcə qarşısında öhdəlikləri plan formasında müəyyənləşdirilir. Təbii ki, qiymətin formalaşması şirkətin mənfəətinə, maliyyə vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxara bilər. Nəticədə, şirkətin büdcə qarşısında öhdəliklərini tam şəkildə və vaxtında həyata keçirməsi imkanları arta bilər. Burada bu cür əlaqə var. Qaza görə verdiyimiz pul birbaşa büdcəyə getmir ki, bu vəsait hesabına büdcə möhkəmləndirilsin”, - deyə Q.İbadoğlu əlavə edib.

Məsələ ilə əlaqədar Tarif Şurası ilə əlaqə saxlasaq da, telefon zənglərimiz cavabsız qaldı.

Orxan Aslanlı


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol