• $
  • €
  • ₽
  • ₺
  • £

Maliyyə Palatasından əhaliyə MÜRACİƏT

Maliyyə Palatasından əhaliyə MÜRACİƏT
25.11.2016 11:50
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ölkə vətəndaşlarını bəzi mətbuat orqanlarında yayılan yanlış məlumatlara inanmamağa çağırıb. Fins.az-ın məlumatına görə, bu çağırış, Palatanın bu gün yayılan açıqlamasında yer alıb.

Açıqlamada deyilir:

«Bəzi mətbuat orqanlarında Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən "dövlətin əmanətlərin sığortalanması sistemindən çıxması” məzmunlu əsassız yazılar dərc edilmişdir. Bu məlumat həqiqəti əks etdirmir.

Əmanətlərin sığortalanması sistemi "Əmanətlərin sığortalanması haqqında” və "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunları tənzimlənir. "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa  əsasən 2016-cı il martın 4-dən etibarən ölkə banklarındakı, qanunvericiliklə müəyyən edilmiş faiz dərəcəsi həddində olan fiziki şəxslərin bütün qorunan əmanətləri qarşıdakı 3 il müddətində tam sığortalanır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən yalnız vətəndaşların hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, digər bütün hallarda isə normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur.

Bankçılıq Forumunda çıxışı zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda bank əmanətlərinin sığortalanması sisteminin təkmilləşdirilməsinə və təkcə, əmanətçi olan vətəndaşların deyil, sahibkarların və biznesin vəsaitlərinin qorunmasına ehtiyac olduğunu bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, dövlət vəsaitləri hesabına Əmanətlərin Sığortalanması Fondunun əlavə kapitallaşmasına ehtiyac var. Yəni, Palata əmanətlərin sığortalanması sisteminin daha da təkmilləşdirilməsini və vətəndaşlarla yanaşı sahibkarlığın da maraqlarının qorunmasını təklif edir".

Palata vətəndaşları bəzi KİV-də çıxan yanlış məlumatlara etibar etməməyə, mətbuatı isə həssas məsələlərin işıqlandırılması zamanı daha diqqətli olmağa dəvət edib.

Maliyyə-biznes sektoru ilə bağlı məsələləri işıqlandıran mətbuat orqanı olaraq fins.az da Palatanın bu çağırışına qoşulur, bank sektoru üçün bu həssas dövrdə əhalini yanlış məlumatlara etibar etməməyə, belə məlumatları yayan mətbuat orqanlarını isə daha məsuliyyətli olaraq yayılan məlumatları təhrif etməməyə çağırır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol