• $
  • €
  • ₽
  • ₺
  • £

Araz Supermarketlər Şəbəkəsində süni yumurta satışı iddiaları əsassız çıxdı

Araz Supermarketlər Şəbəkəsində süni yumurta satışı iddiaları əsassız çıxdı
26.11.2016 12:21
Araz Supermarketlər Şəbəkəsi müştəri məmnuniyyətinə önəm verərək daima satışda olan məhsulların keyfiyyətli olmasına diqqət edir, istehsalçılardan aldığı məshsulların dövlət standartlarına uyğunluğunu təsdiq edən sertifikatlar tələb edir. Bununla bərabər müştərilərdən məhsulun keyfiyyəti ilə bağlı şikayət daxil olarsa bu məsələlər aidiyyatı şöbələr tərəfindən dərhal araşdırılaraq lazimi addımlar atılır. 

Araz Supermarketlər şəbəkəsində satılan kənd təsərrüfatı məhsullarının əksəriyyəti yerli istehsalçılardan tədarük olunur və bu məhsulların daima təzə, ekoloji cəhətdən təmiz olmasına diqqət edilir. 

Sosial şəbəkələrdə yayılan görüntülər əsassızdır
 
Son günlər sosial mediada və mətbuatda yayılan süni yumurta görüntüləri və bununla bağlı dövlət orqanlarından gələn rəsmi açıqlamalar yerli bazarda bu cür məhsulların olmadığını bir daha sübut etdi. Lakin feysbuk sosial şəbəkəsində Təranə Musayeva adlı istifadəçi şəxsi profilində Araz Supermarketlər Şəbəkəsindən aldığı yumurtanın süni olduğunu iddia edərək video və foto görüntü yaymışdır. Bəzi media orqanlarında ATV kanalının əməkdaşı kimi təqdim olunan Təranə Musayeva haqında ATV-dən verilən rəsmi açıqlamada onlarda belə bir əməkdaşın çalışmadığı bildirildi.

Yayılan şikayətlə bağlı Araz Supermarketlər Şəbəkəsinin keyfiyyətə nəzarət şöbəsi dərhal operativ reydlər və araşdırma aparmış, supermarketlərdən götürülən nümunələr yoxlanılmışdır. Lakin qeyd olunan şikayət öz təsdiqini tapmamışdır. Bununla bağlı müştəri ilə əlaqə saxlanılaraq aidiyyatı qurumlara təqdim olunması üçün nümunə istənilmiş, lakin müştəri nümunə verməyəcəyini bildirmişdir. Eyni zamanda müştəri yumurtanı 10 gün əvvəl aldığını və hələ də qablaşdırmada olduğu kimi qaldığını söylədi. Video görüntüdən də göründüyü kimi süni olduğu iddia olunan yumurtada normal yumurtadakı kimi rüşeyim vardır. Bu da bir daha iddianın əsassız olmasını sübut edir. 
 
Araz Supermarketlər Şəbəkəsində satılan bütün məhslların keyfiyyətinə nəzarət olunur

Qeyd edək ki, Araz Supermarketlər Şəbəkəsində istehlakçılara təqdim olunan bütün kənd təsərrüfatı məhsulları dövlət orqanlarının müvafiq labaratoriyalarında yoxlandıqdan sonra alıcılara təqdim olunur. Bundan başqa istehsalçılardan tədarük edilən hər bir məhsulun uyğunluq sertifikatı və ya aidiyyatı dövlət orqanlarının icazə sənədi tələb olunur. Araz Supermarketlər Şəbəkəsində satılan bütün yumurtalar yerli istehsaldır və bu yumurtalar əsasən Giləzi Quşçuluq MMC-dən, qismən də Hacıqabul Quşçuluq MMC-dən alınır. Alınan bütün məhsulların Milli Sertifikatlaşdırma Mərkəzinin uyğunluq sertifikatı və Respublika Gigyena və epidemiologiya mərkəzindən alınmış gigyenik sertifikatı vardır. 

Yumurtaların saxlanılması ilə bağlı tövsiyyəmiz

Araz Supermarketlər Şəbəkəsinin keyfiyyətə nəzarət şöbəsindən verilən məlumata görə marketdə satılan yumurtalar hər gün müəyyən qədər paketlənərək vitrinlərə yığılır. Bu prosesə supermarketin kənd təsərrüfatı şöbəsi nəzarət edir. Müştərilər aldıqları yumurta paketlərini soyuducuda streçlənmiş şəkildə deyil açıq şəkildə saxlamalıdırlar. Çünki streçlə paketlənmiş yumurta iki gün ərzində keyfiyyətini itirə bilər. Bu zaman həmin yumurtalarda bərkimə prosesi gedir. Buna görə də müştərilərimizə tövsiyyə edirik ki, bu kimi halların yaşanmaması üçün məhsulların saxlanma qaydasına  diqqət etsinlər. 

Araz Supermarketlər Şəbəkəsinin bütün müştərilərindən xahiş edik ki, bu və ya digər hallarla rastlaşdıqda qaynar xəttimizə - 012  924 zəng edərək məlumat versinlər. Araz Supermarketlər Şəbəkəsi sosial şəbəkə olan Facebookda da hər zaman vətəndaşların xidmətindədir, onları maraqlandıran bütün sualları cavablandırmağa hazırdır. 




Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol