• $
  • €
  • ₽
  • ₺
  • £

Hesablama Palatası: "Metro qənaətə keçməlidir"

Hesablama Palatası: "Metro qənaətə keçməlidir"
28.11.2016 15:30
2017-ci ildə Bakı Metropoliteni qənaətə keçməlidir.
 
Fins.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində bildirilir.

Bakı şəhərinin ictimai nəqliyyatında Metropolitenin rolunu və onun sosial əhəmiyyətini və bu sahədə tariflərin tənzimlənməsinin vacibliyini nəzərə alaraq "Bakı Metropoliteni” QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsi üçün 2015-2016-cı illərin müvafiq göstəricilərindən 7 998,2 min manat və ya 21,0% az olmaqla 30 milyon manat vəsait (subsidiya) proqnozlaşdırılıb.

Hesablama Palatasının apardığı nəzarət tədbiri ilə müəyyən edilib ki, metropolitenlə sərnişindaşıma xidmətlərinin maya dəyərinin artırılmasının qarşısının alınması, Cəmiyyətin strukturunda olan qeyri-kommersiya təyinatlı obyektlərin (metropolitenlə sərnişindaşıma xidmətinə aid olmayan) fəaliyyəti ilə bağlı müxtəlif xərclərin, normalara uyğun olmayan ezamiyyə xərclərinin azaldılması, mühasibat uçotunun qanunvericilik aktlarının tələblərinə tam şəkildə uyğunlaşdırılması və maliyyə-uçot intizamının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi "Bakı Metropoliteni”nə ayrılan subsidiyaların azaldılmasına və dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsinə gətirib çıxaracaq.

Qeyd edək ki, bəzi ekspertlər metropolitenə ayrılacaq subsidiyaların azaldılması ilə əlaqədar olaraq metroda gediş haqqının (hazırda 20 qəpik təşkil edir) artırılacağını bildirirlər. Amma Metropoliten bununla bağlı rəsmi açıqlamada qiymət artımının gözlənilmədiyini bildirib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol