• $
  • €
  • ₽
  • ₺
  • £

Klass abunəçilərinə eyni qiymətə ikiqat internet trafiki

Klass abunəçilərinə eyni qiymətə ikiqat internet trafiki
05.12.2016 14:12
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Klass tarifləri ailəsinin abunəçilərinə eyni qiymətə ikiqat həcmdə internet trafiki təklif edən yeni kampaniyaya start verdiyini elan edir.

Bu kampaniya abunəçilərə Klass tarifinə daxil olan data həcmini ikiqat artırmaqla ən sürətli 4G internet xidmətindən faydalanmaq imkanı verir. Əsas məqsəd daha yüksək müştəri təcrübəsi və məmnuniyyətinə nail olmaq və Klass tarifinin abunəçilərini ən yüksək sürətli mobil internetin üstünlüklərindən faydalanmağa həvəsləndirməkdir.

Bu təklifdən faydalanmaq üçün abunəçilər sadəcə LTE şəbəkəsini dəstəkləyən cihaza və 4G SİM kartına malik olmalı və Bakcell LTE şəbəkəsinə qoşulmalıdırlar.

Bu kampaniya çərçivəsində, hal-hazırda 3G şəbəkəsindən istifadə edən Klass abunəçiləri sadəcə Bakcell şirkətinin istənilən Müştəri Xidmətlərinə gəlib, istifadə etdikləri 3G SİM kartlarını pulsuz olaraq 4G SİM kartlarına dəyişə də bilərlər. LTE şəbəkəsini dəstəkləyən cihaza və 4G SİM kartına artıq malik olan abunəçilər ikiqat həcmdə internet trafikini aylıq ödənişlərini həyata keçirdikləri gün avtomatik olaraq alacaqlar. Kampaniya çərçivəsində verilən internet trafiki yalnız 4G şəbəkəsində, standart Klass tarifi paketinə daxil olan internet trafiki isə Bakcell-in istənilən şəbəkəsində istifadə edilə bilər.

Qeyd etmək lazımdır ki, abunəçilər Bakcell Klass tarifləri çərçivəsində hal-hazırda ölkənin mobil rabitə bazarında ən cəzbedici təkliflərdən faydalana bilirlər.

Klass tarifləri ailəsinə qoşulmaq olduqca asandır. Bunun üçün abunəçilər sadəcə www.bakcell.com/klass/en/klass/ keçidinə daxil olaraq öz ehtiyaclarına ən uyğun olan Klass tarifini seçməli və mobil telefonlarında seçdikləri tarifin aktivasiya kodunu yığmalıdırlar.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol