• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkədə sığortalıların reyestri yaradılacaq

Ölkədə sığortalıların reyestri yaradılacaq
05.12.2016 20:51
Azərbaycanda sığorta şirkətlərinin xidmətindən istifadə edən ölkə vətəndaşlarının məlumat bazasının yaradılması planlaşdırılır.

ANN.Az "Report”a istinadən xəbər verir ki, bu məsələ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sığorta bazarı ilə bağlı tədbirlər planının tərkib hissəsi kimi reallaşdırılacaq.

Sığortalıların reyestrinin yaradılmasında məqsəd sığorta hadisəsi nisbətən az və yaxud çox baş vermiş müştərilər arasında fərq qoyulması, onların ödədiyi sığorta haqqının məbləğini buna uyğun müəyyən edilməsidir (differensiallaşmasıdır).

"Sığortalıların reyestri hazırda bankların istifadə etdiyi Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) oxşar olacaq. 

Yəni, sığorta şirkətləri hansısa müştəri ilə müqavilə bağlamazdan əvvəl onun nə dərəcədə məsuliyyətli müştəri olması, başqa sığorta şirkətlərini nə qədər xərcə salması barədə məlumatları əldə edəcəklər və buna uyğun olaraq ondan sığorta haqqı alacaqlar. 

Hazırda avtomobillərin icbari sığortasında belə bir reyestr var, "Bonus-Malus” sistemi formasında tətbiq olunur.

Yaradılacaq reyestr isə digər sığorta növlərində, məsələn, kasko sığorta, daşınmaz əmlakın sığortası, eləcə də daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortasında da məsuliyyətli və məsuliyyətsiz müştərilərə fərqli yanaşmanı təmin edəcək”, - deyə Palatadan bildirilib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol