• $
  • €
  • ₽
  • ₺
  • £

"Bayramda qiymətlər 70% artacaq"

"Bayramda qiymətlər 70% artacaq"
08.12.2016 12:47
"Çox güman ki, bayram ərəfəsində ötən illə müqayisədə qiymətlərdə 70%  artım olacaq. Artıq qoz, fındıq və digər ləpələrin qiymətində ciddi artımlar yaşanır”. 

ANN.Az xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "2016-cı ilin istehlak səbəti necə bahalaşdı?" mövzusunda keçirilən mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, manatın devalvasiyası və xüsusən də, son günlər qaz və işıq qiymətlərinin artımı ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə, 25%-dən çox qiymət artımı baş verib. 

"Təəssüf olsun ki, il boyu əmtəə bazarında vəziyyət həm kəmiyyət, həm də keyfiyyət nöqteyi-nəzərindən istehlakçıların zərərinə dəyişib. Hökumətin biznes qurumlarına yaratdığı rahat və toxunulmazlıq şəraiti xüsusi rol oynayıb. Prezident İlham Əliyevin göstərişi İqtisadiyyat Nazirliyi və digər dövlət orqanları tərəfindən adekvat şəkildə yerinə yetirilmir. İlham Əliyevin tapşırıqlarında monopoliyanın ləğvi, şişirdilmiş qiymətlərin qarşısının alınması, biznes qurumlarında rüşvət hallarının sıfıra endirilməsi və onların toxunulmaz şəraitdə fəaliyyəti nəzərdə tutulub. Lakin bütün bunlar o demək deyil ki, ölkənin əmtəə bazarında insan həyatı üçün təhlükəli hallar artsın, kim nə istəyir, onu gətirib satsın”, - deyə E. Hüseynov əlavə edib.

Sədr həmçinin qeyd edib ki, əslində bütün göstərişlər qiymətlərin enməsinə, məhsulların keyfiyyətinin yüksəlməsinə xüsusi təsir göstərməli idi:

"Amma şikayətlər və araşdırmalar bunu göstərdi ki, mənzərə nəzərdə tutulanın əksinə olub. Təəssüflər olsun ki, İlham Əliyevin göstərişləri bazarda özünün lazımi inikasını tapa bilmədi. Çünki dövlət orqanları həmin tapşırıqları düzgün həyata keçirmədi”.

Orxan Aslanlı 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol