• $
  • €
  • ₽
  • ₺
  • £

"FES-in qərarı Bakıda dollar qıtlığı yaratdı" – EKSPERT

"FES-in qərarı Bakıda dollar qıtlığı yaratdı" – EKSPERT
19.12.2016 14:59
"FES-in qərarından öncə "qara bazar”da 1 dollar 1.83 manata satılırdısa, hazırda 1 ABŞ pulu üçün 1 manat 90 qəpik ödəmək lazımdır” 
 
ANN.Az xəbər verir ki, bu haqda məlumatı iqtisadçı ekspert Vüqar Bayramov "qara bazar"da dolların bahalaşmasını şərh edərkən deyib.
 

Vüqar Bayramov - İqtisadçı ekspert
 
İqtisadçının sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot stavkasının artırmasının valyuta bazarımıza təsir etməyəcəyini bildirsə də, qəbul edilən qərar yenidən Bakıda dollar qıtlığı yaradıb:
 
"Nəticədə, FES-in qərarından öncə "qara bazar”da 1 dollar 1.83 manata satılırdısa, artıq 1 dollar üçün 1 manat 90 qəpik ödəmək lazımdır. Bu isə o deməkdir ki, FES-in qərarından sonra "qara bazar”da milli valyutamız hər 100 dollarda 7 manat ucuzlaşıb. Bankların böyük əksəriyyəti valyuta satışını dayandırdığı üçün aydındır ki, onların elan etdiyi kurs real məzənnə deyil və müqayisə predmeti ola bilməz”. 
 
"Əvvəllər bildirdiyim kimi, "qara bazar”ın ləğvi banklarda dollar satışının tam və fasiləsiz bərpası nəticəsində baş verməlidir. Bu isə o deməkdir ki, FES qərarından sonra və xüsusən də son günlər valyuta bazarında dolların manata nisbətən bahalaşması fonunda Mərkəzi Bank banklarda dolların satışının bərpasına nail olmalıdır. Əks halda, dollar qıtlığı manata psixoloji təzyiqi daha da gücləndirəcək”, - deyə V.Bayramov əlavə edib.
 
Orxan Aslanlı



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol