• $
  • €
  • ₽
  • ₺
  • £

Dollar yenidən 14 illik maksimuma yaxınlaşıb

Dollar yenidən 14 illik maksimuma yaxınlaşıb
20.12.2016 15:06
ABŞ dollarının altı əsas xarici valyutaya qarşı məzənnəsinin dinamikasını müəyyən edən "ICE U.S. Dollar” indeksi bugünkü ticarət sessiyasında 103,35 bəndində qərarlaşaraq 14 illik maksimum olan 103,56 səviyyəsinə yaxınlaşıb. 

ANN.Az APA-ya istinadən xəbər verir ki, ötən gün baş tutan ticarət sessiyası zamanı dolların indeksi 102,52 bəndədək geriləyib.

Dolları Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yellenin ötən gün verdiyi bəyanatlar möhkəmləndirir. C.Yellen bildirib ki, ABŞ-ın əmək bazarına dair açıqlanan statistika optimizm doğurur.

Paralel olaraq, ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyi də artmaqdadır.

Bugünkü ticarət sessiyasında avronun dollara qarşı məzənnəsi 0,15% zəifləyərək 1,0386 dollar səviyyəsinə enib. Beləliklə, avronun ucuzlaşması davam edir.

Xatırladaq ki, ötən gün baş tutan ticarət sessiyasında avronun məzənnəsi 0,5% zəifləyərək dekabrın 15-də müəyyənləşən minimuma, yəni 1,0366 dollar səviyyəsinə yaxınlaşıb ki, bu da öz növbəsində 2003-cü ilin yanvar ayında qeydə alınan minimuma identikdir.

Böyük Britaniya funt sterlinqi isə aylıq minimumu yeniləyərək 1,2355 dollar səviyyəsində qərarlaşıb.

Avstraliya dolları 0,7240 dollar səviyyəsində ticarət olunur ki, bu da 6,5 aylıq minimum hesab olunur. Ötən gün baş tutan iclasın ardından Yaponiya Mərkəzi Bankı bəyan edib ki, monetar siyasəti dəyişməz saxlayacaq. 

Bunun ardınca Yaponiya yeni dollara nisbətən ucuzlaşmaqdadır. Hazırda dollar 117,89 yen səviyyəsində ticarət olunur və bununla ABŞ-ın rəsmi valyutası ötən gün üzləşdiyi itkiləri bərpa edib.

İnvestorlar Rusiyanın Türkiyədəki səfirinin qətlindən olduqca təsirlənib. Bundan başqa, Almaniyanın paytaxtı Berlin şəhərində yük maşının Yeni il yarmarkasına çırpılması nəticəsində 12 nəfərin ölməsi və 48 nəfərin yaralanması da treyderlərin narahatlığına səbəb olub.

Ankaradakı terror aktından sonra 1 dollar 3,522 türk lirəsinə bərabər olub ki, bu da antirekord hesab olunan 3,6 səviyyəsinə çox yaxındır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol