• $
  • €
  • ₽
  • ₺
  • £

İkinci devalvasiyadan bir il ötdü: Manat üzə bildi? - Ekspertdən ŞƏRH

İkinci devalvasiyadan bir il ötdü: Manat üzə bildi? - Ekspertdən ŞƏRH
21.12.2016 15:00
Üzə bildikmi?

Bir il əvvəl bu gün – 2015-ci ilin dekabrın 21-də ölkə ikinci devalvasiya şokunu yaşadı. Manat dollara münasibətdə dəyərini 48% itirdi. Mərkəzi Bank həmin gün ABŞ dollarının manata olan rəsmi məzənnəsini 1.05-dən 1.55 manata qədər artırdı. Bu ilin mayında manat müəyyən qədər revanş götürərək 3,9% möhkəmlənə bildi. Həmin ərəfədə Mərkəzi Bankın dəstəyi ilə milli valyutamızın dollara münasibətdə məzənnəsi 1,49 manata qədər möhkəmləndi. Ancaq manat sonra da mövqelərini itirməyə başladı. Son bir ildə manat daha 13% dəyərsizləşdi və hazırda proses davam edir.

 
ANN.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev 2015-ci ilin dekabrın 21-də ölkədə yaşanan iki devalvasiyadan sonra manatın bir il ərzində nə qədər ucuzlaşmasını şərh edərkən deyib.

İqtisadçının sözlərinə görə, devalvasiya geniş əhali kütləsini həm də yeni terminlə - "üzən məzənnə” ilə tanış etdi: 

"Həmin dövrdən başlayaraq, bu termin daha çox əhali tərəfindən xalq yaradıcılığının müxtəlif janrlarında işlənməyə başladı. Son günlər isə hökumətin "tam üzən məzənnəyə” keçid niyyəti devalvasiya ətrafında müzakirələri yenidən qızışdırıb".

"Üzən məzənnəyə keçidlə əlaqədar yanvar ayından başlayaraq Mərkəzi Bank və Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracları keçirilməyə başladı. Həmin hərracların məqsədi tələb-təklif əsasında manatın gündəlik məzənnəsini müəyyənləşdirmək olsa da, hərracın nəticələrinin məzənnəyə təsiri az idi. Hərraclar daha çox valyuta bazarında dollara olan tələbatın səviyyəsinin dəyişməsi tendensiyasını öyrənmək üçün indikator rolunu oynayırdı. Dollar qıtlığı fonunda hərrac məlumatları bazarda spekulyasiya təşəbbüslərini artırmaqla ona neqativ təsir edirdi. Elə buna görə də, Mərkəzi Bank hərracın keçirilməsi formatını dəyişmək məcburiyyətində qaldı və məlumatların açıqlanmasını məhdudlaşdırdı. Təxmini hesablamalara görə, bu günə qədər hərrac vasitəsilə ümumilikdə 5,5 milyard dollar satılıb ki, bunun əsas hissəsi Neft Fondunu üzərinə düşür", - deyə S.Əliyev əlavə edib.


 
Üzən məzənnəyə keçid bizə nə verdi?

Samir Əliyev bildirib ki, üzən məzənnəyə keçid elan ediləndə 3 hədəfə nail olunmaq qarşıya məqsəd qoyulmuşdu: Tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması və milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması.

"Ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması mümkün olmadı. Mərkəzi Bank manatı qorumaq üçün hətta valyuta ehtiyatlarının daha 20%-ini "qurban” verməli oldu. Baş bankın ehtiyatları il ərazində 5 milyard dollardan 4 milyard dollara qədər azaldı. Milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyəti də təmin olunmadı. Xarici ticarətin vəziyyəti göstərir ki, neftdənkənar ixracımız nəinki artmayıb hətta azalıb. 2016-cı ilin 11 ayında ölkənin qeyri-neft sektoru üzrə ixracı 23.4% (347 mln. USD) azalıb. Tədiyyə balansının tarazlaşdırılması hədəfinə nail olunmayıb. 2016-cı ilin 9 ayında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabında isə kəsirin həcmi 1,1 milyard dollara çatıb. Halbuki, üzən məzənnəyə keçiddən əvvəl cari əməliyyatlar hesabında kəsirin həddi 222,5 milyon dollardan çox olmayıb. Amma ötən il üzrə məcmu defisit 9.141 mlrd. dollar təşkil edib", - deyə iqtisadçı bildirib.

Ekspert bildirib ki, üzən məzənnənin bəzi texniki prosedurları saymasaq, maliyyə sabitliyi baxımından bizə fundamental olaraq heç nə vermətib:

 
 
"Məzənnənin hərracın nəticəsinə yox, Mərkəzi Bankı məqsədəuyğun bildiyi səviyyəyə əsaslanması indiki məzənnə siyasətinin əvvəlkindən ciddi fərqlənmədiyini göstərdi. Valyuta satışının açıq valyuta birjası vasitəsilə yox, qapalı "Bloomberg" platforması vasitəsilə həyata keçirilməsi də bazar iştiraçılarının sayını xeyli məhdudlaşdırdı. Üzən məzənnəyə keçid tam olmadığı və tənzimləndiyi üçün manatın məzənnəsində kəskin dəyişikliklərə imkan verilmədi. Qonşu Rusiyadan fərqli olaraq, Azərbaycanda Mərkəzi Bank manatın idarəetmə ipini əldən vermədi. Bunun üçün pul kütləsini məhdudlaşdırdı, uçot dərəcələrini artırdı, depozit hərracları keçirdi, əlavə notlar buraxdı və s. Eyni zamanda, Neft Fondunun büdcə pullarının və Beynəlxalq Bankın sağlamlaşdırılmış aktivlərinin bazara çıxışını məhdudlaşdırdı. Yəni bütün bu inzibati addımlar hesabına manatın kəskin ucuzlaşmasının qarşısını aldı. Monetar qurumun daha çox manatı qorumaq siyasəti pisləşən iqtisadi aktivliyi daha da zəiflətdi. Buna baxmayaraq, manatı əvvəlki səviyyədə saxlamağın mümkünsüz olduğunu anlayan Mərkəzi Bank yumşaq şəkildə devalvasiya prosesini həyata keçirməyə başladı. Bu gün Azərbaycanın maliyyə sistemi "amortizatoru" nasaz olan avtomobilə bənzəyir. "Amortizatoru" pis işləyən avtomobil kələ-kötür yollarda necə güclü çalxalanma verirsə, tam üzən məzənnəyə keçid də maliyyə sistemimizi elə çalxalaya bilər. Belə maliyyə sisteminin taleyini də həmin avomobilin taleyi gözləyir. Problem isə iqtisadiyyatımızın strukturundan qaynaqlanır. Tam üzən məzənnəyə keçid məsələsində bu amillər nəzərə alınmalıdır".

Orxan Aslanlı
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol