• $
  • €
  • ₽
  • ₺
  • £

AMB 2017-ci ildə sərt pul siyasəti həyata keçirəcək

AMB 2017-ci ildə sərt pul siyasəti həyata keçirəcək
31.12.2016 15:58
Maliyyə və kapital bazarı inkişaf etdikcə faiz dərəcələrinin Mərkəzi Bankın pul siyasətinin yeni lövbərinə çevrilməsi imkanlarına da baxılacaq
Pul siyasəti qərarlarının inflyasiyaya təsirinin müəyyən zaman intervalı tələb etdiyini nəzərə alaraq Mərkəzi Bank fəaliyyətini qabaqlayıcı rejimdə həyata keçirməyə çalışacaq.
 
Bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında əksini tapıb.
 
Mərkəzi Bank nəzərə çatdırıb ki, 2017-ci ildə də inflyasiyanın məqbul səviyyədə saxlanılması üçün pul təklifi razılaşdırılmış pul proqramı çərçivəsində məqsədyönlü şəkildə tənzimlənəcək. Pul proqramı pul təklifi kanallarının effektiv nəzarətə götürülməsini təmin edəcək. Mərkəzi Bankda əlaqədar iqtisadi orqanların dəstəyi ilə yaradılacaq likvidliyin monitorinqi və qısamüddətli proqnozlaşdırılması sistemi pul bazasının məqsədyönlü idarə edilməsində mühüm rol oynayacaq.
 
Tədiyə balansı tarazlaşma prosesində olarkən (qeyd olunduğu kimi, üzən məzənnə bu prosesi dəstəkləyir) inflyasiyanın effektiv idarə olunması ilk növbədə sərt pul siyasətini tələb edir. Təcrübə göstərir ki, inflyasiya riskləri şəraitində iqtisadi artımın pul siyasəti vasitəsilə stimullaşdırılması effektli deyil. Bunu nəzərə alaraq, Mərkəzi Bank 2017-ci ildə pul təklifi kanallarını müvafiq pul proqramı vasitəsilə əhəmiyyətli məhdudlaşdıracaq və sərt pul siyasətini həyata keçirəcək.  2017-ci ildə də Mərkəzi Bank özünün likvidlik əməliyyatlarını pul təklifi üzrə razılaşdırılmış hədəf çərçivəsində həyata keçirəcək. Monetar islahatlar və üzən məzənnəyə keçid şəraitində pul bazası monetar siyasətin lövbərini təşkil edəcəkr.
 
2017-ci ildə də Mərkəzi Bank pul siyasətinin effektiv strateji çərçivəsi olan inflyasiyanın birbaşa hədəflənməsi rejiminin tətbiqinə hazırlıq istiqamətində səylərini davam etdirəcək. Bunun üçün Mərkəzi Bank çevik məzənnə rejiminin tətbiqini davam etdirəcək, pul bazasının pul siyasətinin etibarlı "bələdçisinə” çevrilməsini təmin edəcək, analitik və proqnozlaşdırma potensialı gücləndirəcək, habelə, kommunikasiya və hesabatlığı təkmilləşdirəcək. Eyni zamanda maliyyə və kapital bazarı inkişaf etdikcə faiz dərəcələrinin Mərkəzi Bankın pul siyasətinin yeni lövbərinə çevrilməsi imkanlarına da baxılacaq. İnflyasiyanın hədəflənməsi rejiminə keçid şərtlərinin reallaşdırılması ilə yanaşı, pul siyasəti dizaynında baş verən qlobal dəyişikliklər, mərkəzi bankların hədəf perimetrinin və alət arsenalının genişləndirilməsi ilə bağlı son meyllər daim izlənəcək və bundan asılı olaraq pul siyasətinə zəruri dəyişikliklər ediləcək. //APA

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol