• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatdan manatın gələcəyinə dair proqnoz

Deputatdan manatın gələcəyinə dair proqnoz
05.01.2017 15:14
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, milllət vəkili Vahid Əhmədov 2017-ci ildə Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını verib.

Millət vəkili "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu il neftin qiymətində müəyyən sıçrayışlar ola bilər: 

"Yəni, qiymət qalxmaları və enmələri gözlənilir. Manatın müəyyən qədər dəyərdən düşməsi yenə də davam edəcək. Çünki manat valyuta bazarında öz dəyərini almalıdır. Düzdür, "Strateji Yol Xəritəsi” təsdiqlənib. 

Xəritədə göstərilənləri həyata keçirmək üçün operativ qərarlar verən, qərarı həyata keçirə bilən hökumət formalaşarsa, mənə elə gəlir ki, bu il müəyyən qədər problemlərin qarşısını ala bilərik. 

Çünki hazırda "Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan çox böyük layihələri həyata keçirmək üçün normal bir hökumətə ehtiyac var”.

Millət vəkili qeyd edib ki, 2017-ci ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatında müəyyən artımların olacağını hesab edir: "İlin birinci yarısında manat müəyyən qədər dəyərdən düşəcək. Lakin ikinci yarımillikdən müəyyən stabillik gözləmək mümkün olacaq.

"Strateji Yol Xəritəsi”ndə göstərilən məsələləri həyata keçirmək üçün maliyyə problemi var. Bunun üçün 27 milyard vəsait lazımdır. Bu vəsait haradan əldən olunacaq? 

Əksər hissəsi, ola bilsin ki, xarici investisiyalar hesabına həyata keçirilsin. Çünki daxildəki investisiyalar kifayət qədər olmayacaq. Azərbaycanda bu gün həm institusional, həm struktur, həm də kadr islahatlarına çox böyük ehtiyac var”.

Onun sözlərinə görə, ilin axırında Milli Məclisdə bəzi qanunlara qalmaqallı dəyişikliklər edilib:

"Yeni qanunların da qəbul edilməsi gözlənilir. İnhisarçılığın qarşısını almaq üçün "Rəqabət Məcəlləsi haqqında” qanunun qəbul edilməsini gözləyirik.

Çox istərdik ki, maliyyə ilə əlaqədar müəyyən qanunlar qəbul edilsin. Büdcəyə nəzarət mexanizmini daha da formalaşdırmaq üçün "Maliyyə nəzarəti haqqında” qanun layihəsi qəbul olunmalıdır. İstəyirik ki, 2017-ci ildə müəyyən qədər iqtisadiyyatı stabilləşdirək”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol