• $
  • €
  • ₽
  • ₺
  • £

Üzərində “Milli Bank” yazılmış əskinaslar niyə dəyişdirilmir? – FOTO

Üzərində “Milli Bank” yazılmış əskinaslar niyə dəyişdirilmir? – FOTO
09.01.2017 21:13
Hazırda Azərbaycanda tədavüldə olan milli valyutanın – manatın üzərində ölkənin əsas bankının adı iki cür yazılıb - "Milli Bank” və "Mərkəzi Bank” kimi.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, 18 mart 2009-cu il tarixində keçirilmiş ümumxalq referendumunun nəticəsinə əsasən, Milli Bankın adı Mərkəzi Banka dəyişdirilib. 

Aradan 8 il keçməsinə baxmayaraq bəzi pulların, xüsusən də iri nominallı manatın üzərindəki "Milli Bankı” yazısı hələ də dəyişdirilməyib.

Bu qanunla nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov açıqlama verib.

Deputat deyib ki, əsas bankın adının dəyişdirilməsindən sonra milli valyutada da bu dəyişiklik əks olunmalıydı:

"Bunun üçün sifarişlərin edilməsi müəyyən vaxt tələb edir. Ola bilsin ki, pulların üzərindəki "Milli Bank” yazısının dəyişdirilməməsi bununla əlaqədardır. 

Qanunla pul-kredit siyasətində siyahıdakı təşkilat "Azərbaycan Respublikasının Mərkəzi Bankı”dır. Ona görə də, milli valyutanın üzərindəki Milli Bank yazısı dəyişdirilməlidir”.

Vahid Əhmədov bildirib ki, növbəti sifariş zamanı yəqin ki, bu nəzərə alınacaq.

Sual yaranır. Bəs Azərbaycan Mərkəzi Bankı (AMB) üzərində "Milli Bank” sözü yazılmış əskinasları nə zaman dövriyyədən çıxaracaq?
 



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol